Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva (“Toppuş bacı”) saçlarını keçəl edib.
Bizimaz.az xəbər verir ki, həyat yoldaşı Royal da ona dəstək üçün saçlarını qırxdırıb. Kimyaterapiya alan aktrisanın saçları tökülmüşdü.
Yeni fotosunu paylaşan Əliyeva “Xoşbəxt olmaq üçün xarici görünüşün heç bir anlamı yoxdur” sözlərini qeyd edib.
Qeyd edək ki, Tünzalə uşaqlıq yolu xərçəngindən əziyyət çəkir. O, bir müddət əvvəl sağaldığını demişdi. Son günlər isə aktrisa xəstəliyin qayıtdığını, şişin boğazına qədər yayıldığını söyləyib.