WhatsApp istifadəçiləri ismarıclar barədə əlavə məlumat toplaya biləcək və spam olub-olmadığı barədə yoxlama apara biləcək yeni funksiyanı sınaqdan keçirirlər.
Funksiya “yönləndirmə haqqında məlumat” adlanır.
Bu funksiya ilə istifadəçi alınan ismarıcın neçə dəfə yönləndiyi barədə məlumat əldə edəcək.
Daha bir funksiya isə bundan ibarətdir: 4 dəfədən artıq yönləndirilən ismarıclar xüsusi simvolla qeyd olunacaq.
İstifadəçilər bu funksiyanı tez-tez yönləndirilən ismarıcları müəyyən etmək üçün əlavə ediblər. (trend)