Xəbər lenti

Kamaləddin Qafarov:  ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”

“Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi uğurlu enerji siyasəti Azərbaycanın bu sahədə dünyada getdikcə daha qabaqcıl mövqelərə sahib olmasını şərtləndirir. Azərbaycan hazırda nəhəng enerji infrastrukturu yaratmaqla, Avrasiya məkanının enerji xəritəsini dəyişdirib. Ölkəmizin artan nüfuzu Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin də əhəmiyyətinin getdikcə artmasına səbəb olur. Mayın 31-də paytaxtımızda start götürmüş Bakı Enerji Həftəsi də bu gün artıq təkcə regionda deyil, eləcə də bütün dünyada enerji sahəsində ən önəmli beynəlxalq platformalardan biri sayılır”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


K.Qafarov bildirib: ”Tədbir çərçivəsində Bakı Ekspo Mərkəzində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı olub. Bu layihə hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçiləri öz meydançasında bir araya gətirir. Bir məqamı da vurğulamaq lazımdır ki, “Xəzər Neft və Qaz” sərgisinin keçirilməsi təşəbbüsü Ümummilli Lider Heydər Əliyev tərəfindən dəstəklənib. O vaxtdan bəri Beynəlxalq Xəzər Neft və Qaz sərgisi neft, qaz və energetika sahəsində aparıcı mütəxəssislərin görüş yeri olub, burada gələcək əməkdaşlığa dair memorandumlar, müqavilələr imzalanıb.”

Deputat beynəlxalq tədbirin açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin çıxışında bir sıra önəmli məqamların yer aldığını vurğulayaraq deyib: “İlk növbədə, möhtərəm dövlət başçımız öz çıxışında bir daha xatırlatdı ki, Xəzər Neft-Qaz Sərgisi 1994-cü ildən etibarən Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. Məhz 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin il Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri nəticəsində “Əsrin müqaviləsi” imzalandı ki, bu da ölkəmizdə vəziyyəti kökündən dəyişdi. Məhz bu tarixi sənədin imzalanması ilə Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu. Ötən illər ərzində Azərbaycan daxili bazarda enerjiyə olan tələbatları tam təmin edib və bu gün sayı getdikcə artan ölkələrin və ilk növbədə Avropa ölkələrinin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynayır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın Avropa qitəsində enerji daşıyıcıları sahəsində fəaliyyətini genişləndirməsinin həm ölkəmiz, həm də tərəfdaşlarımız üçün zəruri olduğunu deyərkən, məhz bu baxımdan Cənub Qaz Dəhlizinin böyük önəm daşıdığını vurğuladı. Dövlət başçımızın təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi 2020-ci ilin dekabr ayının 31-də – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə tamamlandı. Əlbəttə ki, Avropa Komissiyası və Azərbaycan həmtəşkilatçı və bütün ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasında səylərinin koordinatorları olaraq bu layihənin həyata keçirilməsində çox mühüm rol oynamışlar. Bu nəhəng layihənin dəyəri 33 milyard ABŞ dollarıdır. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir. Beləliklə, Azərbaycan beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı statusunu daha da möhkəmləndirib.”

K.Qafarov ölkənin qaz ixracının coğrafiyasının genişlənəcəyinə dair təqdim olunan açıqlamaların mühüm əhəmiyyət kəsb etdiyini xüsusi qeyd edib: “Cənab Prezident İlham Əliyevin öz çıxışında toxunduğu vacib məqamlardan biri də Azərbaycanın qaz ixracı coğrafiyasının yaxın gələcəkdə genişlənəcəyinə dair verdiyi açıqlamalarda öz əksini tapmışdır. Sonuncu Bakı Enerji Həftəsindən bu günə qədər keçirilən tədbirlərdən bəhs edən dövlət başçısı bu gün daha çox Avropa ölkəsinin Azərbaycanla əməkdaşlıq etdiyini və bu göstəricinin getdikcə artdığını bildirdi. Belə vacib tədbirlərdən biri də Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı idi. Yeni interkonnektor sayəsində Azərbaycan artıq Bolqarıstana da qaz nəql edəcək. Ölkəmiz həmçinin Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanlarını nəzərdən keçirir və tezliklə qonşu ölkələrə də Azərbaycan qazı nəql ediləcək. Cənab Prezident qeyd etdi ki, əgər bütün interkonnektorlar bu ilin sonuna qədər inşa edilsə, Azərbaycan qazı Macarıstana və Serbiyaya da nəql ediləcək. Bununla da ölkənin qaz ixracının coğrafiyası bir qədər də genişlənəcək”.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
05 Yanvar 2023 Minimum aylıq əməkhaqqı artırıldı - Sərəncam
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov