Təhsil Nazirliyi bu il ali məktəbə qəbul olan tələbələrin qeydiyyatı üçün ödənişin edilməsi məsələsinə aydınlıq gətirib.
Bizimaz.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə bildirib ki, qaydalara əsasən I kurslar qeydiyyat zamanı ödənişi etməlidir:
“Amma tələbənin kreditlə müraciətinə müsbət cavab veriləcəksə, o zaman həmin vəsait ali təhsil müəssisəsinin bank hesabına köçürüləcək və tələbə onlardan ödədiyi vəsaiti geri götürə biləcək”.
“Sistem yenidir və öz qaydasına düşəndən sonra növbəti semestrlərdə kreditlərin verilməsi normal qaydada davam edəcək”, - deyə o qeyd edib.