Xəbər lenti

Bir neçə gün öncə Qaraçuxurda saçını göyə rəngləyən gəncin bıçaqlanması ciddi siqnal olmalı idi. Çünki “mavi”lərin hardansa güc, maliyyə və dəstək aldığı gözümüzün önündə onları sürətlə fakta çevirməkdədir. İllər öncə Avropa otelinin qarşısında gecə 2-dən sonra peyda olan, bütün günü evdən çıxmayanlar artıq cəmiyyətdə özlərini çox sərbəst aparırlar, öz “əxlaqlarını” təbliğ etməkdən çəkinmirlər. İş o yerə çatır ki, kanallar onları efirə çıxarır, onlardan bəzilərinə savad və diplomları olmadığı halda “xəbər portalları” yaratmaları üçün pul verilir; LGBT-çilər daha gizlənmirlər, küçəmizə, iş yerlərimizə girirlər, daha gündüzlər kişi geyimlərində maskalanmırlar, “xalqın arasına” çıxırlar.

Ardını oxu...



Şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihə təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hazırlıq mərhələsində geyim təsvirləri ictimaiyyətin, eyni zamanda geyim üzrə mütəxəssislərin və geyim istehsalı ilə məşğul olan müəssisələrin müzakirəsinə çıxarılmış, onların rəy və təklifləri nəzərə alınıb.

Xatırladaq ki, 2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihəyə dair ictimai rəy öyrənilib. Layihəyə görə qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq.

Geyim formaları elementlərinin aşağıdakı rənglərdə hazırlanması nəzərdə tutulur:

- Ətək və şalvar - qara, tünd qəhvəyi, tünd boz, tünd göy və qəhvəyi-yaşıl;

- Köynək - ağ, dəri, mavi, açıq yaşıl və açıq sarı;

- Jaket - tünd boz, qəhvəyi, tünd göy, tünd yaşıl və açıq gəhvəyi.

Geyim formasının rəngi ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə müəyyən ediləcək. Ümumi təhsil müəssisəsində yalnız bir geyim forması tətbiq edilə bilər. Dövlət ümumi təhsil müəssisələrinin şagirdləri məktəbdə və təntənəli məktəb tədbirlərində (məktəbdən kənarda olsalar da belə) müəyyən edilmiş geyim formasını geyinməlidirlər.

 


1999-cu ildə Moskva meri Yuri Lujkov, keçmiş baş nazir Vladimir Çernomırdin Bakıya səfər edirlər. Səfərlərin gedişində aparılan danışıqların mövzusundan biri də Xəzər üzərində qəzaya uğramış, içindən bir yaralı, digəri ölü çıxan Uçan Naməlum Obyektin (UNO) onlara verilməsi olur.

Ardını oxu...

Avropa İttifaqının komissarı Bakıya səfərə gəlir
 

Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhey 6-9 iyul tarixlərində Cənubi Qafqaz ölkələrinə səfər edəcək.

Bizimaz.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Eureporter” nəşri məlumat yayıb.

O.Varhey Azərbaycanda xarici işlər naziri Ceyhun Bayramov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov və digər rəsmi şəxslərlə danışıqlar aparacaq.

Avropa Komissarı bölgə üçün iqtisadi və investisiya planı təşəbbüslərini təqdim edəcəkdir.

O, bölgədəki üç ölkənin hər biri ilə ikitərəfli münasibətlərdəki əsas məqamları müzakirə edəcək.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov