Xəbər lenti

Bir neçə gün öncə Qaraçuxurda saçını göyə rəngləyən gəncin bıçaqlanması ciddi siqnal olmalı idi. Çünki “mavi”lərin hardansa güc, maliyyə və dəstək aldığı gözümüzün önündə onları sürətlə fakta çevirməkdədir. İllər öncə Avropa otelinin qarşısında gecə 2-dən sonra peyda olan, bütün günü evdən çıxmayanlar artıq cəmiyyətdə özlərini çox sərbəst aparırlar, öz “əxlaqlarını” təbliğ etməkdən çəkinmirlər. İş o yerə çatır ki, kanallar onları efirə çıxarır, onlardan bəzilərinə savad və diplomları olmadığı halda “xəbər portalları” yaratmaları üçün pul verilir; LGBT-çilər daha gizlənmirlər, küçəmizə, iş yerlərimizə girirlər, daha gündüzlər kişi geyimlərində maskalanmırlar, “xalqın arasına” çıxırlar.

 

Cəmiyyət efirlərin məşhurlaşdırdığı bu şəxslərlə şəkil çəkdirmək növbəsinə durursa, narahat olmaq üçün gecikmişik demək.

Bu şəxsləri kimlər himayə edir, bu əxlaqsızlığın təbliğində məqsəd nədir?

Bakı Olimpiya Stadionunda əcnəbi azarkeşlərin qaldırdığı LGBT “bayrağı” bu şəxslərin himayəçiləri haqda təsəvvür yaranması üçün kifayətdir. Bakıya, bir müsəlman ölkəsinə gələrkən özü ilə əxlaqsızlıq atrubutlarını sürüyüb gətirən məxluqların bu addımı öz ağılları ilə atdığını düşünəcək qədər sadəlövh olmamalıyıq. Bunlar düşünülmüş strategiyadır.

LGBT anlayışı türk təfəkkürünə tamamilə ziddir – baxmayaraq ki, Şərq mədəniyyətində ta qədimdən bu mərəz olub. Ancaq məhz “mərəz kimi” – yəni xəstəlik sayılıb. Türk təfəkkürü bu xəstəliyi qəbul etmədiyi üçün bunun adı da Azərbaycan dilində yoxdur – onları gah “mavi”, gah “gey”, gah da digər alınma sözlərlə adlandırırıq, çünki tarixi min illərə dayanan bu təfəkkürün qarşılığı Azərbaycan türkcəsində mövcud deyil. Yoxsa əlbəttə ki, o şəxslərin azərbaycanca mütləq adı olardı.

Şərqdə, ərəb dünyasında, elə fars təfəkküründə də bu anlayış ta qədimdən mövcuddur, ona görə İranda “mavi”nin 50-dən çox “milli qarşılığı” olan söz var. 50-dən çox – təsəvvür edirsinizmi? Fars təfəkküründə “mavilər”in növləri görün nə qədərdir.

Bizim təfəkkürümüz bu anlayışı qəbul etmədiyindən, LGBT təbliğinin mütləq şəkildə ciddi qarşıdurma yaradacağından kimsə şübhə etməsin. Bu artıq siyasi və yaxud sosial qarşıdurma deyil ki, ölkə rəhbərliyinin bir mövqeyi ilə həll olunub bitsin. Bu, dünyagörüş, əxlaq, mental toqquşmadır və bunun genişlənəcəyi halda qarşısını almaq mümkün deyil.

Ona görə də LGBT dəstəkçiləri sürətlə bizim cəmiyyətə daxil olmaq üçün hər vasitədən istifadə edirlər. Bunun arxasında türk düşmənçiliyi, erməni məkri, Azərbaycanı daxildən sarsıtmaq arzusu, eyni zamanda möhkəm təməllər üzərində dayanan ailə institutunu dağıtmaq dayanır.

Ailə institutu ölkəmizdə sürətlə aşınır, bakirlik məfhumu unudulur; ailələr açıq zərbələrlə çarəsiz duruma düşməkdədir. Hər yerdə - bütün sosial şəbəkələrdə, yeni ədəbiyyatda, psixoloji istiqamətdə bu zərbələri müşahidə etmək mümkündür. “Necəsənsə, özünü göstərməkdən utanma” düşüncəsi qətiyyən azadlıq, hürr çağırışları deyil, bu, təfəkkürü dəyişmək, ailəni məhv etmək, dövlətin təməllərini sarsıtmaqdır.

Şuşanın sıldırım qayalarına çiyninə şəhidlərini alıb qalxan, yalın əllə alınmaz Şuşanı düşməndən azad edən Azərbaycan İgidləri dünyanı lərzəyə gətirdi. Hələ də hamı şokdadır: bu gənclər, bu millət harda yetişir, bu BOZ QURDLAR necə böyüyür, hansı tərbiyə alırlar? Bunlarda nə qədər Böyüh Ruh varmış!

Bu Ruha – dünyanı heyrətə gətirən Azərbaycan Ruhuna qarşı çox ciddi təxribat başlayıb, bu Ruhun daxilinə virus yeritmək üçün “kiberhücumların” ardı-arası kəsilmir. “Petuxlar”a şans tanınır, gənclərə “yaxşı yaşamaq üçün” onları “nümunə”yə çevirirlər və əlbəttə ki, bunu hazırlayanlar insan psixologiyasına bələddirlər.

Hər kəsə ilk yaradılışından bəllidir: İnsanın daxilində xeyirlər şər, qorxaqlıqla igidlik, kişiliklə nakişilik, mərdliklə namərdlik, kişiliklə “mavilik”, ləyaqət, namus, qeyrətlə ləyaqətsizlik, namussuzluq və qeyrətsizlik... qoşa oturub. Sən hansı mühitdə olarsansa, hansı tərbiyəni alarsansa, hansı əxlaqı görərsənsə, içindəki məhz o hisslər inkişaf edir.

Məsələn, eyni gənci Mübariz İbrahimovla, Polad Həşimovla tərbiyə edərsənsə, hər yerdə onu görərsə, o bir qəhrəman olar və içindəki “mavilik”dən heç vaxt, ölüncə xəbəri olmaz. Və yaxud, əksinə - Bayram Nurlu ilə tərbiyə edərsənsə, gerisini bilirsiniz...

Cənubi Qafqaza giriş hər zaman Tiflisdən olub. Tiflis Qafqazın mədəniyyət qovşaqlarından biridir – elə bu şəhərdə nə boyda Azərbaycan məhəllələrinin olduğunu yada salın. Ötən gündən LGBT dəstəkçiləri daha ciddi bir eksperimenti bu şəhərdə həyata keçirdilər, millətçilərlə toqquşma yaşandı və 53 jurnalist xəsarət aldı.

53 jurnalist! Baxın, bu 53 jurnalistin LGBT-yə qarşı bir milli etirazda nə işləri vardı? Onlar hansı təbliğatı aparmaq, kimləri müdafiə etmək istəyirdilər? Onlar kimlərin təqdiri ilə o yerə ezam olunmuş və “insan haqlarının” hamisi rolunda çıxış etmək görəvi almışdılar?

Bu, bir eksperiment, dünyanın diqqətini çəkmək üçün məşq, daha hansı təzyiq və addımların tətbiqi metodlarını aydınlaşdırmaq üçün cəhddir. Bu “toqquşma” bizə də vaxtaşırı ixrac olunur – “lezbiyanların” timsalında və yaxud əxlaqsızlığını başı üzərində “bayrağa” çevirənlərin simasında.

Yeri gəlmişkən, bu anlayışın bizdə qarşılığı var – “tumanını başına keçirmək”.

Əzizlər, ayıblarını örtəsi tumanını başına keçirənlərin meydanı genişlənir – sözün bütün mənalarında. Dəyərlərimizdən, əxlaqımızdan, bizi var edən, mövcud edən bütün artibutlarımızdan bizi məhrum etmək üçün bütün sahələrdə sözün həm hərfi, həm də məcazi mənasında tumanını başına keçirənlərlə üz-üzəyik.

Ya buna son qoyub, bu dövlətin əsaslarını, millətin genefondunu qoruyacağıq, ya da ən yaxşı halda “geylərin” meydan suladığı cəmiyyətdə yaşayacağıq. “Geylər” üçünsə Şuşanı heç bir əhəmiyyəti yoxdur, milli kimlik də onlar üçün sonuncu yerdə də deyil. Onların milləti də, şərəfi də, torpağı da, bayrağı da LGBT-dir!

Bir ehtimal da var: milli müqavimət daha güclü olarsa – ki buna heç bir şübhəm yoxdur, ən azı indiki təfəkkürlə - Tiflisdəkindən daha ağır toqquşmalara hazır olmalıyıq.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov