Rusiya Federal Hava Nəqliyyat Agentliyi (Rosaviatsiya) Azərbaycan hava limanlarına gedən marşrutların siyahısını genişləndirib.
Bizimaz.az Trend-ə istinadən xəbər verir ki, "Sibir" hava daşıyıcısının Orenburq, Vladikavkaz, Nalçik, Rostov-na-Donu, Saratov, Voronej, Omsk, Çelyabinsk, Perm, Yekaterinburq, Soçi, Mahaçqala şəhərlərindən və Moskva yaxınlığındakı Jukovski hava limanından Bakı istiqamətində uçuşlar həyata keçirməsinə icazə verilir. Uçuşlar həftədə üç dəfə həyata keçiriləcək.
Qroznı - Bakı və Soçi - Bakı xətləri üzrə uçuşlar hər gün "İkar" hava yolu şirkəti üçün ayrılıb, "Şevernıy Veter" daşıyıcısı bir marşrutla təmin olunub: Perm - Bakı reysi həftədə yeddi dəfə.
Həmçinin, "IrAero" daşıyıcısı üçün həftədə iki dəfə Nijnekamsk və Novosibirsk marşrutları üzrə uçuşlar ayrılıb. "Royal Flayt" aviaşirkəti üçün Rosaviatsiya həftədə iki dəfə Rostov-na-Donu - Bakı və Soçi - Bakı istiqamətlərində marşrutlar ayırıb.
"Aeroflot" daşıyıcısı üçün həftədə yeddi dəfə bir marşrut ayrılıb: Krasnoyarsk - Bakı və "Ural Hava Yolları"na Rusiyanın 25 şəhərdən (Soçi, Bel1orod, Surqut, Çita, Kalu1a, Saransk, Vladikavkaz, Nalçik, Nijnekamsk, Nijnevartovsk, Ulyanovsk) uçuşlar, Lipetsk, Kemerovo, Orenburq, Tomsk, Vladivostok, Yaroslavl, Xabarovsk, Barnaul, Tümen, Saratov, Krasnodar, Volgograd, Cheboksary və Stavropol) Bakıya - həftədə üç dəfə hər şəhərdən uçuşları həyata keçirilməsinə icazə verilib.
Bakıdan əlavə, Rusiya daşıyıcıları Azərbaycanın Gəncə şəhəri istiqamətində sərnişin daşımalarını həyata keçirəcəklər.
Beləliklə, Rosaviatsiyanın sərəncamına əsasən, "Sibir" Hava Yolları Gəncəyə həftədə üç dəfə Novosibirsk, Samara, Ufa, Kazan, Kemerovo, Krasnoyarsk, Krasnodar, Mineralnıye Vodı, Volqoqrad, Həştərxan, Vladikavkaz, Nalçik, Rostov-na-Donu, Saratov, Voronej, Nijni Novgorod, Omsk, Çelyabinsk, Perm, Yekaterinburg, Soçi, Mahaçqala və Jukovski şəhərlərindən uçuşlar həyata keçirəcəkdir.
"İkar" daşıyıcısı Gəncəyə üç uçuş həyata keçiriəcək - Ufa, Mineralnıye Vodı və Rostov-na- Donu şəhərlərindən həftədə yeddi dəfə. "Severnıy veter" aviadaşıyıcısı isə Nijni Novqorod, Rostov, Krasnoyarsk və Mineralnıye Vodı şəhərlərindən həftədə 3 dəfə uçuşlar həyata keçirəcək.
Agentlik tərəfindən daşıyıcılara Lənkəran və Qəbələ şəhərlərinə də uçuşlar həyata keçirməyə icazə verilib.
Belə ki, Lənkəran istiqamətində "İkar" aviadaşıyıcısı Sankt-Peterburq, Vladikavkaz, Nijni Novqorod və Moskvadan, "IrAero" dan isə həftədə iki dəfə Novosibirsk, Moskva və Sankt-Peterburqdan uçuşlar həyata keçirəcəkdir.
Qəbələ hava limanına bu daşıyıcılar buraxılır: "Severnıy veter" - həftədə yeddi dəfə Moskvadan, "Ural Hava Yolları" - həftədə üç dəfə Moskva yaxınlığındakı Jukovski hava limanından.
Bundan əlavə, "Severnıy veter" daşıyıcısı həftədə dörd dəfə Moskvadan Zaqatala hava limanına uçuş həyata keçirəcəkdir.