Xəbər lenti



Azərbaycan Respublikasının  müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyevin tapşırığına əsasən, müvafiq qurumlar tərəfindən İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə iştirakçılarına qayğı və diqqətin artırılması məqsədilə təkcə son bir ayda 4500-dən çox şəxs sosial dəstəklə əhatə edilib.Həmçinin Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondu yaradılıb. Fond bu istiqamətdə ciddi işlərin görülməsinə artıq başlayıb və davamlı olaraq bu kateqoriyadan olan insanlarla görüşlər keçirilir. 

Fondun yaradılması bu kateqoriyadan olan insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına öz töhfəsini verməkdədir.Həmçinin Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirərək şəhid olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularını fəxri adlarla təltif etmişdir. Qeyd olunanlar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə yüksək diqqət və qayğısının göstəricisidir.

Möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-Prezident Mehriban Əliyevanın tövsiyələri və şəxsi nümunələri rəhbər tutularaq Cəbrayıl rayonundan olan şəhid və yaralı ailələri də yüksək diqqət və qayğı ilə əhatə olunub. Bu kateqoriyadan olan ailələrlə davamlı görüşlər keçirilir, onların qayğıları ilə maraqlanılır, müvafiq dəstək və yardım göstərilir.

44 günlük Vətən müharibəsindən sonra dəfələrlə şəhid və qazilərimizlə,müharibə iştirakcıları ilə görüşlər keçirildi. Bütün görüşlərdə bir daha Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın aidiyyəti strukturlara şəhid və qazi ailələrinə, Vətən müharibəsində yaralanan vətəndaşlara xüsusi diqqət və qayğının göstərilməsi ilə bağlı müvafiq göstərişlərin verildiyi, dövlət qurumlarının bu istiqamətdə zəruri tədbirlər həyata keçirdiyi xüsusi vurğulanır.Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirakı zamanı söylədikləri bir daha sübüt etdi ki, müharibə iştirakcılarına qayğı dövlətin daima diqqətində olacaq. Sonda Cənab Prezidentin  cıxışı zamanı bu istiqamətdə görülən işlərdən vacib bir məqamı diqqətinizə catdırıram;

-Ermənistan da itkilər verib və İkinci Qarabağ müharibəsində bizdən haradasa 2-3 dəfə çox itki verib. Amma baxın görün, orada müharibədə ölənlərin ailəsinin birinə bir mənzil verilir? Yox. Avtomobil verilir? Yox. Bir daxma da verilməyib. Yəni, bu onu göstərir ki, bizim bu sahədəki siyasət, sözün əsl mənasında, milli siyasətdir. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ən həssas kateqoriyadan olan vətəndaşlar, ilk növbədə, dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır.
Allahdan Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət, yaxınlarına səbr, qazil
ərimizə şəfa diləyirəm.

 

Samirə İbrahimova

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin müəllimi



 

“Xüsusi karantin rejiminin gücləndirilməsi ilə əlaqədar olaraq şəhərlərarası (rayonlararası) gecə reysləri 2019-cu ilin mart ayından fəaliyyət göstərmirdi. Bu gündən etibarən şəhərlərarası (rayonlararası) sərnişindaşıma üzrə gecə reysləri bərpa edilir”. 

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov