Xəbər lenti






Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində yeni tədris ilinə hazırlıq işləri ilə tanış olub. Nazir yeni fəaliyyətə başlayan Biotexnologiya Mərkəzinə baş çəkib, ADAU-nun yeni saytının təqdimat mərasimində iştirak edib, Peşə Təlimi Mərkəzində son tamamlama işləri ilə tanış olub, universitetin müəllim-tələbə heyəti ilə görüş keçirib.

 

Bizimaz.az xəbər verir ki, bu ildən Azərbaycan Dövlət Aqrar Universitetinin Biotexnologiya Mərkəzi fəaliyyətə başlayır. Mərkəzdə laboratoriya şəraitində klon calaqaltı formaları mikroklonal üsulla çoxaldılır. Ən müasir avadanlıqlarla təchiz olunmuş Biotexnologiya Mərkəzində bu universiteti bitirmiş mütəxəssislər çalışır.

Tələbə Parkında müəllimlərlə keçirilən görüşdə aqrar sahə üzrə mütəxəssis hazırlığı, bu sahədə elmi araşdırmalar, təhsilin keyfiyyətinin artırılması, tələbə və müəllimlərin mübadilə proqramları çərçivəsində xarici ölkələrdə təhsil alması, xarici mütəxəssislərin təhsil prosesinə cəlb edilməsi təcrübəsinin ildən-ilə genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə səsləndirilən təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün müvafiq tapşırıqlar verilib. 

Təhsil-Tədris Təsərrüfatında tələbələrlə görüşdə qeyd olunub ki, yaxın günlərdə "Aqrar İnkişaf Könüllüləri" Təşkilatı və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə "Sabahın Kənd Təsərrüfatı" adlı Yay Məktəbi fəaliyyətə başlayacaq. Yay Məktəbində ölkəmizin və xarici ali təhsil müəssisələrinin aparıcı alimlərinin, beynəlxalq təşkilatların, dövlət və biznes strukturlarının nümayəndələrinin iştirakı ilə sabahın kənd təsərrüfatı, işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı, qlobal iqlim dəyişikliyi, onun aqrar sahənin inkişafına və ərzaq təhlükəsizliyinə təsiri, aqrar gənclik və aqrar təhsil istiqamətləri mövzularında təlimlər və görüşlər həyata keçiriləcək.

Nazir İnam Kərimov bakalavr təhsilini uğurla başa vuraraq magistraturaya qəbul olmuş tələbələri təbrik edib, Aqrar İnkişaf Könüllülərinə fəaliyyətlərində uğurlar diləyib.

 

 


 
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov