2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində texnologiya və fiziki tərbiyə fənni üzrə müəllim olmaq istəyən namizədlər imtahan verib.
Bizimaz.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, imtahanlara ümumilikdə 2 min 496 namizəd dəvət olunub.
Texnologiya fənni üzrə ən yüksək nəticəni Elnurə Mehralıyeva (57 bal), fiziki tərbiyə fənni üzrə isə Emin Sultanzadə (56 bal) göstərib.
Qeyd edək ki, mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.
Xatırladaq ki, müsabiqəyə müraciət edənlərdən 59 min 171 nəfərin ərizəsi qəbul olunub. Müsabiqədə iştirakı uyğun hesab edilən namizədlərdən 18 nəfəri ümumi təhsil müəssisələrində fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərib və 3 ildən az müddətə işdən ayrılmış şəxslərdir.
Bu namizədlər diaqnostik qiymətləndirmə balı ilə birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər. 59 min 153 namizəd isə müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək.
QALEREYA
- istinad