Xəbər lenti


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.
Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq kənd təsərrüfatı naziri İnam Kərimov oktyabrın 19-də Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında LənkəranAstaraCəlilabadMasallıLerikYardımlı və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Ardını oxu...


Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı inzibati qaydada həbs olunması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib.

Ardını oxu...


 

Azərbaycanda bu il qış sərt keçəcək”.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib. 

Ekspert qeyd edib ki, bu il qış mövsümündə havalar əvvəlki illərlə müqayisədə daha şaxtalı olacaq:

“Gördüyünüz kimi, oktyabr ayı çox soyuq başladı. Ayın sonuna hələ çox var, lakin havalar ötən illərlə nisbətdə daha tez soyuyub. Beləliklə, qış mövsümü də daha tez başlayacaq və sərt olacaq. Qarın çox yağacağı, havaların şaxtalı keçəcəyi proqnozlaşdırılır. Beləliklə, sərt qışa hazır olmalıyıq.

Bildiyiniz kimi, ümumiyyətlə, bu il dünyada qışın sərt, şaxtalı keçəcəyi bildirilir. Hətta alimlər bu il tarixin ən soyuq qışı yaşanacağını bildirir. Bu isə hava iqliminin dəyişməsi ilə əlaqədardır".

Xatırladaq ki, qış fəsli bu il ölkəmizə dekabrın 22-də daxil olacaq.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Ardını oxu...


Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubiley tədbirində iştirak etmək üçün xarici ölkələrdən (Rusiya, Gürcüstan, Qazaxıstan, Belarus, Qırğızıstan, Ukrayna, Norveç) Azərbaycana gəlmiş nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub. Görüşdə təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov da iştirak edib.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov