Bizimaz.az: Bu barədə
Bərdə rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, onun vəziyyəti orta-ağırdır.
"Hazırda müalicələr davam edir. Huşu üstündədir. Normal şəkildə qidalanır. 20 gündən sonra vəziyyətinə yenidən baxılacaq. Əgər müalicələr müsbət nəticə versə, daha tez zamanda buraxıla bilər. Ümumilikdə xəstə həkim nəzarətindədir. Həyati təhlükəsi yoxdur".
Qeyd edək ki,
Tərtər rayonunda yaşayan kəlbəcərli məcburi köçkün Azad Həsənov oktyabrın 11-də Həsənqaya kəndi ərazisində mal-qara otararkən minaya düşüb.