Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı inzibati qaydada həbs olunması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib.
Bizimaz.az: bu gün onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.
Hakimin qərarına əsasən, N.Pənahlının şikayəti təmin edilməyib.
Qeyd edək ki, keçən həftə Nəsimi Rayon Məhkəməsi qərarına əsasən, ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 30 sutka həbs cəzası verilib.