Oktyabrın 26-dan 27-si səhərədək Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub, dağlıq ərazilərdə yağan qar nəticəsində qar örtüyü əmələ gəlib.
Bakı DövlətUniversiteti ilə Almaniyanın Martin-Luther adına Halle-Vittenberq Universiteti arasında Azərbaycanda ilk dəfə olaraq doktorantura səviyyəsində huquqşünaslıq sahəsində „ikili diplom“ verilməklə birgə doktorantura hazırlığını nəzərdə tutan əməkdaşlıq sazişi imzalanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı Nümayəndəliyinin “2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramı” çərçivəsində sosial işçilərin bilik və peşəkarlıq səviyyələrinin artırılması üçün “Sosial işin əsasları” mövzusunda növbəti təlimlərə başlanılıb.
Sadiq oxucularımız xatırlayarlar, bu ilin may ayında "Pressinfo.az" saytı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) bir qrup maşinistinin müraciətnaməsini internetə çıxardı.
2018-ci ilin 9 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 497 nəfər təşkil edib ki, onlardan 482-i (96,9%) Azərbaycan vətəndaşı, 15-i (3,1%) isə əcnəbilərdir.
Afrika İttifaqının mənzil-qərargahında Bakının Ümumdünya Ekspo 2025 sərgisinə namizədliyi və Azərbaycanın Qoşulmama Hərəkatında qarşıdan gələn sədrliyinin prioritetləri təqdim edilib.