2019-cu ilin doqquz ayı ərzində Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 104 min 702 nəfər doğulan körpə qeydiyyta alınıb.
"Qəzet biznesində gəlir mənbələrindən birincisi satışdır. Bizdə satış şəbəkəsi darmadağın edilib. Köşklərin olmasına baxmayın, orda qəzet tapmayacaqsınız. İkincisi reklam bazarıdır. Hesablamalar onu göstərir ki, reklam bizdə demək olar ki, yoxdur".
Noyabrın 15-dən etibarən mərkəzləşdirilmiş istilik sisteminin işə salınacağı bildirilsə də, Bakının bəzi ərazilərində yerləşən binalara hələ də istilik verilməyib. Sözügedən problem isə daha çox Binəqədi və Nizami rayonunda qeydə alınıb.
Sosial Tədqiqatlar Mərkəzinin “Azərbaycan barometri” jurnalının oktyabr sayında “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinə dair analitik hesabat”ı dərc edilib.