2019-cu ilin doqquz ayı ərzində Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 104 min 702 nəfər doğulan körpə qeydiyyta alınıb.
Bizimaz.az: Oxu.Az xəbər verir ki, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə qalır.
Doğulan körpələrin 53,2 %-i oğlan, 46,8 %-i isə qız uşaqlarıdır. Körpələrdən 2454-ü əkiz, 72-si üçəm, dördü isə dördəm olaraq doğulub.
2019-cu ilin yanvar-sentyabr ayları ərzində ölkədə 42 017 ölüm halı qeydə alınıb. Bu rəqəm 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə daha azdır. Belə ki, ötən il əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 olduğu halda cari ildə bu rəqəm 5,7-yə düşüb.