Cari ilin doqquz ayı ərzində Azərbaycanda 46 min 898 nikah və 12 min 713 boşanma halları qeydə alınıb.
Bizimaz.az: Oxu.Az xəbər verir ki, boşanananların sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə çoxdur.
Belə ki, ötən il əhalinin hər 1000 nəfərinə düşən nikah sayı eyni olsa da, boşanmaların sayı 1,5-dən (14 857) 1,7-yə qədər artıb.
Boşanan cütlüklər arasında nikah müddəti beş ilə qədər davam edənlər (5296) üstünlük təşkil edir.
Boşananlar arasında kişilərin yaş ortalaması 30-34, qadınların isə 25-29 olaraq qeydə alınıb.