Noyabrın 15-dən etibarən mərkəzləşdirilmiş istilik sisteminin işə salınacağı bildirilsə də, Bakının bəzi ərazilərində yerləşən binalara hələ də istilik verilməyib. Sözügedən problem isə daha çox Binəqədi və Nizami rayonunda qeydə alınıb.
Bizimaz.az: Məsələ ilə bağlı Axar.az-a danışan Azəristiliktəchizat ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev mənzillərin istiliklə təmin edilməsində problem yaranan sakinlərdən qurumun “Çağrı mərkəzi” ilə əlaqə saxlayaraq, məlumat vermələrini xahiş edib.
“Bakının bütün rayonlarında artıq mərkəzi istilik verilib. Hazırda texniki problem qeydə alınan binalarda işlər görülür. Əgər hansısa mənzildə və ya binada istiliyin verilməsi ilə bağlı problem yaranıbsa, sakinlər fasiləsiz fəaliyyət göstərən 956 nömrəli “Çağrı mərkəzi” ilə əlaqə saxlaya bilərlər. Sözügedən problemin aradan qaldırılması üçün vətəndaşlardan xahiş edirik ki, konkret ünvanı qeyd etməklə bizi məlumatlandırsınlar”.