Artıq bir həftədir ali təhsil müəssisələrində tədris başlayıb, lakin tələbələr kirayə ev tapmaqda hələ də çətinlik çəkir. Kirayə evlərin ötən illərlə müqayisədə xeyli bahalaşması xüsusən aztəminatlı ailələr üçün ciddi problem yaradır. Problemdən əsas çıxış yolu tələbə yataqxanalarıdır.