Xəbər lenti

 

“Deməli, mən ilk dəfə Sumqayıt şəhər 28 nömrəli məktəbdə işə başlamışam. Polad Həşimov mənim ilk birinci sinif şagirdlərimdən biri olub. O, əlaçı idi. Məktəbin foyesində şərəf lövhəsi var idi. Polad sinifdən-sinifə adladıqca onun şəkilləri də əlaçılar sırasında hər il yenilənirdi”.

 

Bu sözləri açıqlamasında şəhid general-mayor Polad Həşimovun ibtidai sinif müəllimi Səyyarə Hüseynova onunla və müəllimlər günü ilə bağlı xatirələrini bölüşərkən deyib. 

Səyyarə müəllim onu da qeyd edib ki, Polad Həşimovun gələcəyinin parlaq olacağı onun gözlərindən bəlli olurdu: 

“Mən Polad Həşimovun ibtidai sinif müəllimiyəm, onu hazırlıq vaxtından götürüb 5-ci sinifə qədər dərs demişəm. O, zahiri görkəminə görə uşaq olsa da, daxili daha fırtınalı idi. Polad gözəl əl qabiliyyəti, düşündürücü sualları və əla qiymətləri ilə digərlərindən fərqlənirdi. 

Poladın gözlərinin dərinliklərinə baxanda bilirdim ki, o uşağın gələcəyi daha parlaq olacaq. 
Onlar həm də ailəlikcə düzgünlüyü, haqq-ədaləti sevirdilər. Mən bunu müşahidələrimə əsasən deyirəm. Ailədə uşağın təməl daşı qoyulur. Ailə necə düzgün idisə, Polad da çox tərbiyəli, dürüst və savadlı uşaq idi. 

Əminəm ki, o, istədiyi məktəbə qəbul ola bilərdi. Amma hərbi məktəbi seçdi. Onun generaldan da yüksək rütbəni daşımağa qabiliyyəti var idi”. 

S.Hüseynova müəllimlər günündən bəhs edərkən onların zamanında hədiyyə verilmədiyini, müəllimlərin də həmin gündə şagirdlərdən nəsə gözləmədiyini bildirdi: 

“Bizdə o zamanlarda müəllimlər günü elə də qeyd olunmurdu. Məktəbin direktoru deyirdi ki, bura “fəhlə şəhəri”dir. Valideynlər sizə borclu deyil. Doğurdan da mən elə işləmişəm. Mən o dövrdə heç bir şagirddən bir dənə gül belə qəbul etməmişəm”.

 

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov