Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, bunu REAL.TV-nin rəhbəri Mir Şahin Ağayev “Mir Şahinin vaxtı” verilişində bildirib. Jurnalist İranın Azərbaycana qarşı qərəzli münasibətlərindən danışıb.
İranın ali dini rəhbəri Ayətullah Əli Xamenei hesab edib ki, İranın şimal-qərbində bəzi ölkələrdə baş verən hadisələr xaricilərin hərbi iştirakı olmadan həll edilməlidir. Hamı yadda saxlasın ki, kimsə qardaşları üçün quyu qazarsa, özü ora düşər”, - deyə jurnalist bildirib.
Mir Şahin Ağayev İranın Azərbaycanla sərhədində hərbi təlimlər keçirməsilə bağlı məsələyə də toxunub.
“İranın keçirdiyi son hərbi təlimlər bu gün müxtəlif mənbələrdə təbəssümlə müşahidə olunur. Bu təbəssüm çox vaxt kinayə ilə bağlıdır. Adını Xeybər qoymaqla deyil. Həzrəti Əlidən ayıbdır. “Ya Hüseyn” deyə açılan dodaqlar erməni üzü öpməməlidir”, - deyə Mir Şahin bildirib.
Daha ətraflı təqdim etdiyimiz videoda:
BAKU.WS