““Azərbaycan Televiziya və Radio Verilişləri” QSC olaraq bildiririk ki, Vətən müharibəsinin ildönümü ilə bağlı bütün fəaliyyətimiz və efir siyasətimiz məhz müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda qəhrəmanlığına, canından keçən şəhidlərimizin igidliyinə və qazilərimizin şərəfli döyüş yoluna həsr olunub. Bu mövzuda hər gün müxtəlif sənədli və bədii filmlər, videoçarxlar, siyasi-ideoloji verilişlər hazırlanır. Eyni zamanda, kanala kənardan da qeyd olunan mövzuda filmlər, videoçarxlar, kliplər təqdim olunur. Lakin AzTV olaraq düşünürük ki, xüsusən 44 günlük Vətən müharibəsinin ildönümündə efirə təqdim edilən hər məhsul ciddi şəkildə təhlil edilməli, zəif və bayağı məhsullar verilməməlidir. Hətta reklam olsa belə”.