Avstraliyanın paytaxtı Sidney şəhərinin mərkəzində yerləşən “Central”, “Winyard” və “Town Hall” metro stansiyalarında 8 Noyabr - Zəfər Günü ilə bağlı bilbordlar yerləşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Qafqazinfo"ya verilən məlumata görə, Avstraliya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbərinin təşəbbüsü ilə əhalinin daha sıx hərəkət etdiyi üç stansiyada quraşdırılmış bilbordlarda al qırmızı lalələrin fonunda Xarıbülbülün, Şuşa qalasının və Azərbaycan bayrağının təsvirləri, eləcə də “Füsunkar Azərbaycan: Kəşf olunmamışı kəşf et” çağırışı yer alıb.
Bilbordlar şəhər sakinlərinin diqqətini cəlb edib.