“Azəri” Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Qalib Mahmudovun təşəbbüsü ilə yerli “Times Media” nəşrində Şuşa şəhərinin işğaldan azad edilməsinin birinci ildönümünə həsr olunmuş məlumat dərc edilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, “Evə qayıdış” adlı məlumatda bildirilib ki, noyabrın 8-də Azərbaycan ordusu qədim Şuşa şəhərini Ermənistanın işğalından azad edib. Məlumatda yerləşdirilən fotoda Azərbaycan bayrağı, Şuşa qalası və “Xarı bülbül” rəmzi nümayiş etdirilib.
Məlumatı aşağıdakı linkdən izləmək mümkündür:
https://issuu.com/times_e-editions/docs/times03nov21/8