Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Sənədlər və müraciətlərlə iş departamentinin müdiri vəzifəsinə təyinat olub.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bu vəzifə Elşən Allahverdiyevə həvalə edilib.
O, bundan əvvəl nazirliyin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin Vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri, Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi, “Caspian Development Bank” və Günay Bank ASC-lərdə Marketinq və İctimaiyyətlə əlaqələr departamentlərinin direktoru, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də baş redaktor vəzifələrində çalışıb.