Bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 649,7 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bizimaz.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumatda deyilir ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycanla qonşu ölkələr arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-avqust aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olub və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə ilə həyata keçirilib.
Bu dövrdə ölkəmizə gələnlərin 28,6%-i Rusiya, 25,6%-i Gürcüstan, 17%-i Türkiyə, 7,8 %-i İran, 2,1%-i Ukrayna, 1,9%-i Hindistan, 1,8%-i Səudiyyə Ərəbistanı, hər birindən 1,2% olmaqla Pakistan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qazaxıstan, hər birindən 1,1% olmaqla Küveyt və Türkmənistan, 0,9%-i Böyük Britaniya, 0,8%-i İraq, hər birindən 0,7% olmaqla Özbəkistan və Belarus, 0,6%-i İsrail, 5,6%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 77,9%-ni kişilər, 22,1%-ni qadınlar təşkil edib.
Son 1 ildə turist axını Çindən 11,7 dəfə, Cənubi Koreyadan 10,6 dəfə, İsraildən 7,9 dəfə, Polşadan 7,6 dəfə, Yaponiyadan 7,5 dəfə, İraqdan 7,4 dəfə, Səudiyyə Ərəbistanından 7,2 dəfə, Macarıstandan 6,4 dəfə, Omandan və BƏƏ-dən 6 dəfə, Kanadadan və ABŞ-dan 5,7 dəfə, Fransadan 5,5 dəfə, Qətərdən 4,9 dəfə, Almaniyadan və Niderlanddan 4,8 dəfə, Böyük Britaniyadan 4,6 dəfə, Türkmənistandan 4,5 dəfə, Qazaxıstandan 4,2 dəfə, İtaliyadan 4,1 dəfə azalıb.
Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,2 dəfə azalaraq 18,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,3 dəfə azalaraq 88,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,5 dəfə azalaraq 225,6 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,8%-i dəmir yolu və avtomobil, 29,1%-i hava, 2,1%-i isə dəniz nəqliyyatından istifadə edib.
2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 3,6 dəfə azalaraq 1 034,3 min nəfər olub. Ölkə vətəndaşlarının 31,8%-i İrana, 28,5%-i Gürcüstana, 19,9%-i Rusiyaya, 11,7%-i Türkiyəyə, 8,1%-i digər ölkələrə səfər edib. Gedənlərin 69,9%-ni kişilər, 30,1%-ni qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 4,1 dəfə, Türkiyəyə gedənlərin sayı 3,6 dəfə, Gürcüstana gedənlərin sayı 3,7 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 3,2 dəfə azalıb.
2020-ci ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 78,6%-i dəmir yolu və avtomobil, 19,1%-i hava, 2,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.
istinad