Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün 12:00-da növbəti mətbuat konfransı başlayıb.
Bizimaz.az xəbər verir ki, konfransda Azərbaycanda COVID-19 virusu ilə bağlı son qərarlar açıqlanır.
Brifinqdə Səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva iştirak edir.