Rusiya Prezidenti Vladimir Putin general-mayor İqor Komissarovu Rusiya İstintaq Komitəsi (SKR) sədrinin birinci müavini vəzifəsindən azad edib.
“Qafqazinfo”nun “Kommersant” nəşrinə istinadən verdiyi xəbərə görə, Komissarov Şimali Qafqazdakı isti nöqtələrdə fəaliyyəti nəzərə alınmaqla təqribən 50 il xidmət göstərib. O, SKR-lə yanaşı Almaniyadakı Sovet Qüvvələri Qrupunda, Daxili İşlər Nazirliyi və Federal Məhkəmə Xidmətində vəzifə icra edib.
İ. Komissarov İstintaq Komitəsində uşaqların, valideyn himayəsindən məhrum olan uşaqların, aztəminatlı ailələrin və digər oxşar kateqoriyalı vətəndaşların hüquqlarının müdafiəsi ilə məşğul olub.
istinad