Bu gün- iyunun 17-də 28-ci ildir işğal altında qalan “Berdzor” adlandırıılmış Laçın rayon mərkəzində yalnız “qondarma”, “saxta” deməyə, dırnaq içində yazmağa gücümüz çatdığı “Artsax Respublikası”nda 2020-ci il “prezidenti seçki”ləri öncəsi treninqlər keçiriləcək.
Moderator.az xəbər verir ki, separatçı erməni nəşrlərinin yaydığı məəlumata görə, bu dəfə Laçında sovet dövründən məşhur olan 1 nömrəli məktəbinin akt zalındakı hazırlıq məşğələləri Laçın şəhəri, “Axavno” adlandırılmış Zabux, “Hak” adlandırılmış Minkənd, “Qandza” adlandırılmıış Seyidlər, “Vakanus” adlandırılmış Piçənis, “Xoçants” adlandırılmış Hoçaz, “Vorotan” adlandırılmış Bərgüşad(Qubadlı) kəndlərini və s. zəbt etmiş erməni icmaları üçün təşkil ediləcək.