Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin vəzifədən azad edilıməsi barədə sərəncam imzalayıb.
Bizimaz.az xəbər verir ki, bu barədə Modern.az-a Akif Əliyə yaxın mənbə məlumat verib.
Qeyd edilib ki, bu il martın 19-da Akif Əli təqaüd yaşına çatır. Onun vəzifədən azad edilməsi bununla əlaqədardır.
Xatırladaq ki, Akif Əli 1994-cü il oktyabrın 10-dan Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyirdi. O, 2-ci dərəcə Dövlət müşaviridir.
***
Akif Əli vəzifədən azad olunması barədə xəbərə münasibət bildirib.
O, Report-a açıqlamasında Baş nazir Novruz Məmmədova təqaüdə göndərilməsi üçün müraciət etdiyini deyib:
“Bir müddət əvvəl cənab Baş nazirdən təqaüdə göndərilməyim üçün xahiş etmişdim. O da müvafiq qərar verdi. Bundan sonra sırf yaradıcılıq fəaliyyətilə məşğul olacağam”.