“Azərbaycan torpaqlarını geri qaytardı və onun sərhədlərinə, ərazi bütövlüyünə hər kəs hörmət etməlidir”.
“Haber Global”ın məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumunda bəyan edib.
“Azərbaycan torpaqları 30 il idi ki, işğal altındaydı və qəhrəman Azərbaycan Ordusu 44 günlük mübarizə ilə torpaqlarını geri aldı.
Uzun illər Azərbaycan bu münaqişənin diplomatik yolla həllini gözlədi. Ancaq uzun illər bu həll dondurulmuş bir etirafa döndü.
Azərbaycanın da səbri sonsuz deyil və lazım olan edildi”, - deyən Türkiyə XİN rəhbəri artıq müharibə bitdiyi üçün Forumda regional sülh üçün fürsətlərin müzakirə olunacağını bildirdi.
BAKU.WS