Xəbər lenti

Prezident qəbul keçirdi
 

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırı qəbul edib.

Ardını oxu...

Müharibə bitdikdən sonra cənab Prezidentin göstərişi əsasında mühəndis-istehkam taborları yaradılıb.

Bizimaz.az Report-a istinadən bunu Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi general-mayor Anar Kərimov deyib.

İdarə rəisi bildirib ki, onlardan biri xüsusi minatəmizləmə taborudur: "Artıq o tabor bu gün işğaldan azad olunmuş Ağdam, Cəbrayıl, Füzuli rayonlarında həm texnikası, həm də şəxsi heyəti ilə fəaliyyətdədir. Bununla bağlı çox sayda şəxsi heyəti Türkiyə Respublikasına ezam etmişik. Orada şəxsi heyət çeşidli kurslara - əldə hazırlanmış partlayıcı qurğuların zərərsizləşdirilməsi, xüsusi minatəmizləmə kurslarına cəlb olunub. Paralel olaraq Türkiyədən mütəxəssisləri dəvət edərək öz mütəxəssislərimizlə, zabitlərimizlə birlikdə hazırlıq kursları təşkil etmişik. Bütün bunlar işğaldan azad olunan torpaqlarımızın minalardan və partlamamış sursatlardan təmizlənməsi işinə böyük töhfə verəcək. Şəxsi heyətin daha geniş masştabda fəaliyyət göstərməsi onun peşəkarlığının artması deməkdir".

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov