Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatı 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunmasıdır. Digər tərəfdən, məlum bəyanatda “soyqırımı” ifadəsinin öz əksini tapması yanlış bir addımdır. Çünki tarixi faktlar əksini deyir. Ermənilər tarix boyu türklərə qarşı kütləvi qırğınlar və soyqırımı törədiblər. Buna misal olaraq, 31 mart Bakı soyqırımını, həmin dövrdə bölgədə törədilən qətliamları misal göstərmək olar. Ən nəhayət, 1992-ci ildə bütün dünyanın gözü qarşısında Xocalı soyqırımını həyata keçiriblər. “Soyqırımı” ifadəsini işlədənlər nədənsə erməni terrorunun qurbanları, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı qarşısında susurlar. Halbuki ABŞ höküməti də dəfələrlə ölkələrində baş vermiş terror hadisələrində erməni terror təşkilatlarının izlərini aşkar edib. Bütün bunları əsas götürərək, bir Azərbaycan gənci kimi, məlum bəyanatı qəbuledilməz hesab edirəm. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, hər zaman Türkiyə dövlətinin, türk xalqının yanındayıq!
Bayram Aslanov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü,texniki elmlər üzrə fəlsəfə doktoru.
Aprelin 24-də Azərbaycan Respublikası Baş Naziri Əli Əsədov Səhiyyə nazirinin birinci müavini Teymur Musayevi nazirliyin kollektivinə təqdim edib. Tədbirdə nazirliyin kollegiya üzvləri iştirak ediblər.
Prezident İlham Əliyev Xanım Məmməd qızı İbrahimovanın Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Türkiyə ermənilərinin 85-ci patriarxı Sahak Maşalyan bildirib ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qafqaz sülh hövzəsi layihəsi bölgəyə 100 ildən çox müddət ərzində gözlənilən sabitliyi və barışı gətirə bilər. Lakin bəzi dairələrin fəaliyyəti buna imkan vermir.
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.