Zimbabve prezidenti Emmerson Mnanqaqva yanvarın 19-da Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Rusiya XİN erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması ətrafında rəsmi Bakının izahat xarakterli bəyanatlarına sərt cavab verib. Və Azərbaycan tərəfini “diplomatik tondan kənara çıxmaqda” günahlandırıb.
Avropa Şurasının Parıament Assambleyasında (AŞPA) Azərbaycana qərəzli yanaşırlar. Bunu 2018-ci ilin yekunları üzrə mətbuat konfransında Rusiya XİN-in başçısı Sergey Lavrov deyib.
İran-Azərbaycan sərhədindəki təhlükəsizlik davamlı xarakter daşıyır. İki qonşu və dost ölkənin sərhədçilərinin səmərəli əməkdaşlığı nəticəsində sərhəddə təhlükəsizlik təmin edilib.
Yaxın həftələrdə Ankaranın Rusiya istehsalı olan “S-400” zenit-raket komplekslərini əldə etməsinin yaratdığı narahatlıqla əlaqədar ABŞ Türkiyəyə xüsusi texniki qrup göndərəcək. Bu barədə Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir açıqlama verib.
Azərbaycan Respublikasının Dağlıq Qarabağbölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev işğal olunmuş ərazilərimizdə çəkilən “Gate to Heaven” adlı filmin prodüserlərinə etiraz məktubu ünvanlayıb.
FETÖ istintaqını izləmək üçün FTB rəsmilərinin də aralarında olduğu ABŞ nümayəndə heyəti Türkiyənin Ədliyyə, Daxili İşlər və Xarici İşlər nazirliklərinin rəsmiləri ilə görüşmək üçün Ankaraya səfər edib.