Xəbər lenti

269977_res_01
Rusiya XİN erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması ətrafında rəsmi Bakının izahat xarakterli bəyanatlarına 
sərt cavab verib. Və Azərbaycan tərəfini “diplomatik tondan kənara çıxmaqda” günahlandırıb.

 

Rusiya XİN-in bu gün yaydığı yazılı bəyanatda bildirilir: “Bakıdan verilən şərhlərin tonunun diplomatik etiket normalarından kənara çıxdığını qeyd etməliyik. Daha da böyük təəcüb yaradan budur ki, həmin şərhlərdə Azərbaycana gələn Rusiya vətəndaşlarına qarşı diskriminasiya mövzusunun ikitərəfli münasibətlərin dinamik inkişafı fonunda guya az əhəmiyyətli hadisə kimi “şişirdilməməsi” tələb olunur.

Belə yanaşma, əlbətdə ki, qəbuledilməzdir. Rusiya vətəndaşlarının qanuni maraqlarının və hüquqlarının müdafiə olunması bizim  Rusiya Federasiyasının prezidentinin rəhbərliyi altında həyata keçirilən xarici siyasətimizin şəksiz prioritetlərindən biridir. Üstəlik bu və ya digər ölkə ilə dövlətlərarası dostluq münasibətlərinin mövcudluğuna adətən bu sahədə problemlərin konstruktiv həllinə imkan yaradan amil kimi baxılır.

İşə birbaşa dəxli olmayan ümumi mühakimələr əvəzinə rusiyalılarla bağlı hər bir insidentə dair detallı izahat eşitmək istərdik. Azərbaycan XİN-in terminologiyası ilə desək bu” ayrı-ayrı hallar”ın arasında olduqca heyrətamiz olanları da var. 2018-ci ilin mayında Böyük Vətən müharibəsinin veteranının, blokadada olmuş Leninqradın 80 yaşlı sakininin Azərbaycana buraxılmaması və 2017-ci ilin fevralında dörd yaşlı oğlu ilə birlikdə aeroportda xüsusi saxlanma məntəqəsində saxlanılan qadın kimi.

Habelə biz diplomatik kanallarla Azərbaycan tərəfinin Rusiya vətəndaşları üçün Azərbaycana səfərlərini əvvəlcədən Moskvadakı səfirliklə razılaşdırmalı olduqları haqda eyhamla bağlı rəsmi izahat verilməsini gözləyirik. Çünki bu tələb  vizasız gediş-gəliş haqda Rusiya ilə Azərbaycan arasında 1997-ci il 3 iyul tarixli Razılaşmanın pozulması olardı. Azərbaycan tərəfinin məzmunlu reaksiyasından asılı olaraq biz sonrakı addımlarımızı müəyyən edəcəyik”.

Göründüyü kimi Rusiya XİN-in bu bəyanatı da kobud üslub daşıyır və Azərbaycan tərəfinin məsələ ilə bağlı verdiyi ətraflı izahatlara məhəl qoymur. Azərbaycan tərəfi həm XİN, həm Moskvadakı səfir Polad Bülbüloğlunun qismində bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmadığı bir şəraitdə milliyətcə erməni olan və ya erməni soyadı daşıyan xarici vətəndaşların, o cümlədən Rusiya vətəndaşlarının Azərbaycana səfərləri təhlükəsizlik baxımından riskli ola bilər. Rəsmi Bakı da ayrı-ayrı Rusiya vətəndaşlarının ölkəyə buraxılmaması halları zamanı məhz bu riski nəzərə alır və həmin şəxslərin özlərinin təhlükəsizliyini nəzərə alaraq qərar verir. Yəni Azərbaycan tərəfi milliyətcə erməni olanların ölkəyə gəlişinə qarşı deyil, sadəcə olaraq bu cür səfərlərin təhlükəsizliyinin təmin edilməsi üçün əvvəlcədən tədbirlər görülməlidir(virtualaz.org).

Rusiya XİN isə israr və tələb edir ki, Azərbaycan tərəfi heç bir əlavə sual vermədən milliyətcə erməni olan rusiyalıları ölkəyə buraxmağa borcludur. “Azərbaycan tərəfinin məzmunlu reaksiyasından asılı olaraq biz sonrakı addımlarımızı müəyyən edəcəyik” deyə ermənilərə görə rəsmi Bakını hədələməkdən bekə çəkinməyib.  Bu hədələrə Azərbaycan XİN-in  cavabı necə olacaq? 

 
22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov