Xəbər lenti

 

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nda dəyişiklik edib.

Ardını oxu...


 

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla görüşündə prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya üçün hədiyyələr təqdim edib.

Ardını oxu...

Tovuz rayonunun Qovlar şəhərində yerləşən Gənclər Evində millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu “Tarixə adını yazan Qadınlar” üç cildliyinin yeni nəşrinin imza günü keçirilib.

Kult.az xəbər verir ki, millət vəkili kitabın məziyyətlərindən, orada haqqında yazılar verilmiş məşhur azərbaycanlı qadınlardan söz açıb.

O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva haqqında da danışıb:

“Biz çox şadıq ki, dünyanın ən tanınmış qadınları arasında bizim soydaşlarımız və çağdaşlarımız da var. Mehriban xanımın istər ölkə daxilində, istərsə respublikamızın hüdudlarını aşan humanitar fəaliyyəti, mədəniyyətə xüsusi qayğısı özlüyündə bir qürur mənbəyidir. Mədəniyyətlər və dinlərarası dialoq, idmanın və gənclər hərəkatının inkişafı, xüsusi qayğıya ehtiyacı olanlara şəfqətlə yanaşma, ədalətli sülhün, tolerantlığın təbliği, belə nümunələrin yaradılması sahəsində gördüyü böyük və önəmli işləri xüsusi vurğulamaq istəyirəm”.

Q.Paşayeva kitabında yer alan 100 qadın içərisində Azərbaycanın, türk və müsəlman dünyasının tarixdəki məşhur qadınları - Tomris, Sara xatun, Həzrəti Xədicə ilə bağlı məlumatlar olduğunu söyləyib.

Tədbirdə çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Qənirə Paşayevaya belə bir ensiklopedik kitab yazdığına görə təşəkkür edib. İcra başçısı millət vəkilinin 100 qadın haqqında məqalələrinin hər birini özünəməxsus ştrixlərə, fərqliliyə malik portret yazısı adlandırıb.

Qardaş Türkiyənin tanınmış yazıçısı və jurnalisti Məryəm Aybikə Sinan çıxış edərək, kitabda türk dünyası qadınlarına geniş yer verilməsinin önəmini vurğulayıb.

Tədbirin sonunda Q.Paşayeva kitablarını imzalayaraq, tədbir iştirakçılarına hədiyyə edib.



Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Voloqda şəhərində baş tutan MAKS Aviasiya və Kosmik sərgisində satılan xüsusi dondurmaya qonaq edib.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov