PKK/YPG terrorçuları ABŞ və Türkiyənin Suriyada təhlükəsiz bölgə yaratmaqla bağlı anlaşmasına uyğun olaraq, Fəratın şərqindən çəkilməyə başlayıb.
Bizimaz.az xəbər verir ki, bu barədə “Franspress” agentliyi məlumat yayıb.
Terror təşkilatından agentliyinə verilən məlumata görə, çəkilmə ötən həftənin şənbə günü başlanıb. Ağır silahlar da bölgədən çıxarılır.
“Röyters” də terrorçuların bölgədən ağır silahlarını çıxardığını yazıb.