Xəbər lenti


Nəsiminin məzarı Suriyada, çox dəhşətli müharibələrin aparıldığı Hələb şəhərində yerləşir. O yer tək biz tərəfdən deyil, yerli sakinlər tərəfindən də bir müqəddəs yer kimi qəbul olunur. O məzara mütəmadi olaraq ziyarətçilər, xüsusilə sufi təriqətinin tanınmış nümayəndələri baş çəkir.

Bizimaz.az xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev bu gün M.F.Axundov adına Milli Kitabxanada mədəniyyət və incəsənət xadimlərinin dövlət başçısı ilə görüşündə müzakirə olunan məsələlərə həsr edilmiş mətbuat konfransında deyib. O bildirib ki, hətta o məzarın yenidən qurulması, orada Azərbaycanla bağlı mədəniyyət mərkəzinin yaradılması haqqında fikir mübadiləsi aparılıb:

“Bu istiqamətdə razılıq və irəliləyiş əldə etmişdik, əfsuslar olsun ki, sonrakı siyasi toqquşmalar və müharibə onun reallaşmasına imkan vermədi. Hesab edirəm ki, vaxt gələcək və biz bununla bağlı hədəflərimizi gerçəkləşdirə biləcəyik. Lakin biz Nəsiminin varisləri ilə daimi ünsiyyətdəyik, onlar Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən festivallarda iştirak edirlər. Hesab edirəm ki, Nəsiminin məzarının Azərbaycana gətirilməsi məsələsi gec-tez gündəlikdə olacaq".

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov