Dünən “ADDIM” gənclər təşkilatının 6 yaşı tamam olması münasibəti ilə keçirilən tədbirdə yazıçı Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” hekayəsi əsasında çəkilən “İki yad adam” filmi nümayiş olunub.
Bu gün görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin doğum günüdür. O, 1869-cu il fevralın 22-də Naxçıvan şəhərində anadan olub. Mirzə Cəlilin “Ölülər”, “Poçt qutusu”, “Danabaş kəndinin əhvalatları” və başqa əsərləri Azərbaycan ədəbiyyatının ən maraqlı nümunələrindəndir. Böyük yazıçının publisistikası da bir-birindən dəyərli məqalələrlə zəngindir.
Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümü ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti Mədəniyyət Nazirliyi ilə birgə ədibin “Solğun çiçəklər” pyesini ekranlaşdırır.
Fevralın 19-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş “Qarabağ” adlı konsert proqramı təqdim olunub.