Fransanın paytaxtı Parisdə keçirilən “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi başa çatıb.
Oxu.Az xəbər verir ki, Azərbaycanı sözügedən müsabiqədə “One of those days” mahnısı ilə Sona Əzizova təmsil edib.
Ümumi səslərin sayına görə 151 xal toplayan təmsilçimiz yekunda beşinci yeri tutub.
“İlk beşliy”i Gürcüstan (dördüncü), Fransa (üçüncü), Polşa (ikinci) və Ermənistan tamamlayıb.