Azərbaycanlı kinorejissor Ramiz Əliyev (Ramiz Hindarxlı) Niderlandda vəfat edib.
Bizimaz.az “Report”a istinadən xəbər verir ki, kinorejissor 84 yaşında uzun sürən xəstəlikdən sonra Niderlandın Dodrext şəhər xəstəxanasında vəfat edib.
Ramiz Əliyev 15 mart 1938-ci ildə Ağcabədi rayonu Hindarx qəsəbəsində anadan olub. 1956-cı ildə “Azərbaycanfilm”də fəaliyyətə başlayan Ramiz Əliyev müxtəlif illərdə rejissor assistenti, ikinci rejissor və rejissor kimi Azərbaycan kinosuna töhfələr verib.
O, rejissor kimi “Bəyin oğurlanması”, “Dəli Kür”, “Həm ziyarət, həm ticarət...”, “İnsan məskən salır”, “İstintaq”, “Qayınana”, “Qızmar günəş altında”, “Möcüzələr adası”, “O olmasın, bu olsun”, “Otel otağı”, “Ölsəm... bağışla”, “Şir evdən getdi”, “Yenilməz batalyon” və digər 40-a qədər film üzərində çalışıb.