Xalq artisti Zeynəb Xanlarovanın 85 yaşı tamam olub. 

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, sənətçinin qardaşı qızı, Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə bununla bağlı paylaşım edib. O, instaqramında Zeynəb Xanlarovanın evindən olan görüntüləri yayımlayıb. 

Xanlarova sözügedən video və fotoya bu sözləri də əlavə edib:

"Zeynəb xanım Xanlarovanın doğum günüdür. Ailə dostumuz Rauf Məmmədov pianoda gözəl ifalar edərək xoş anlar yaşatdı. Uca Allah Zeynəb Xanlarovanı ailəmizin və Azərbaycan xalqının üzərindən əsirgəməsin".

 
BAKU.WS
VİDEO

QALEREYA