Xəbər lenti

“ATV plus” televiziya operatoru vasitəsilə ölkəmizdə yayımlanan Türkiyənin TRT-1 kanalının yayımı dünəndən etibarən dayandırılıb.

 

Bizimaz.az bildirir ki, bu barədə Axar.az-a “ATV plus” abonentləri məlumat verib. Bildirilib ki, hazırda sözügedən kanalın tezliyində Rusiyanın “RTR Planeta” kanalı yayımlanır.

“ATV plus”dan saytımıza bildirilib ki, TRT-1 kanalının yayımı Bakı Televiziya Qülləsi tərəfindən dayandırılıb. Əvəzində yeni bir kanal yayımlanmır.

Milli Televizya və Radio Şurasının Yayım və texniki şöbəsindən verilən məlumata görə, TRT-1-in Bakı təmsilciliyi ilə bağlanan müqavilənin vaxtı bitib. Müqavilə yeniləndiyi vaxt kanalın yayımı bərpa olunacaq.

TRT-1-in Bakı təmsilciliyindən saytımıza bildirilib ki, sözügedən müqavilənin nə vaxt yenilənəcəyi hələ bəlli deyil:

“Kanalın yayımı işğaldan azad olunmuş ərazilərdə də bərpa olunacaq. Yayımla bağlı bütün məsələlərə baxılacaq. Bu səbəbdən yeni müqavilə barədə hələ ki, Ankaradan Bakı təmsilciliyinə məlumat verilməyib”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov