Xəbər lenti

Elnur Əliyevi bu vəzifədə o əvəz etdi
 
 

Mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvləri siyahısından çıxarılıb.

 

Bizimaz.az “Qafqazinfo”-a istinadən  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

 

Eyni zamanda, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Müşahidə Şurasına yeni üzv təyin olunub.

Qeyd edək ki, cəmi bir il nazir müavini olan Elnur Əliyev DTX tərəfindən Mədəniyyət Nazirliyində keçirilən istintaqa cəlb edilib. Dindirildikdən sonra sərbəst buraxılıb. Hazırda istintaq davam edir. O, noyabrın 3-də nazirin birinci müavini vəzifəsindən azad olunub.

Xatırladaq ki, noyabrın 1-də keçirilən əməliyyatda nazirliyin bir neçə vəzifəli şəxsi saxlanılıb. Artıq qurumun texniki təchizat və əmlakın idarəedilməsi şöbəsinin müdiri İlkin Nəsibovla bağlı həbs qətimkan tədbiri seçilib. Onun E.Əliyevin xalası oğlu olduğu iddia olunur.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov