Xəbər lenti



Beyləqan SSİ-nin rəisi şürücüsünü axtarır – Azim Kərimov “ölü canlar”ı 190 manatdan da məhrum edib
 
Çoxları elə bilir ki, sürücülük adi peşədir, yəni, nəqliyyat vasitəsini yaxşı idarə etməyi bacardınsa, vəssəlam. Amma yox, bu peşə elə də asan deyil. Xüsusən də idarə müdirinin sürücüsü olmaq. Məsuliyyətli, punktual olmaq tələbi öz yerində. Rəhbər vəzifəli şəxsi gəzdirən avtomobilin sürücüsü həm də “qara qutu”, “sirr dağarcığı” olmalıdır. Bəzən rəisə göndərilən, bəzən də rəisin göndərdiyi rüşvəti adresata çatdırmalıdır. Rəisin ailəsinin ehtiyacı üçün bazarlıq da etməli, keçirdikləri dəbdəbəli həyat tərzi barədə bilgilərini, şahidi olduğu sərgüzəştləri yaymamalıdır.
Təsəvvür edin, rəis olan şəxs özü barədə bunca konfidensial məlumatlara malik adamla necə rəftar eləməlidir. Aydın məsələdir ki, beləsi idarənin başqa əməkdaşlarının çoxundan daha üstün imtiyaza sahib olurlar. Sürücü hətta işdən çıxandan sonra da rəis onun xətir-hörmətini əziz saxlamalı, xeyrində-şərində başda olmalıdır.
 
Beyləqan Suvarma Sistemləri İdarəsinin rəisi Azim Kərimov da sürücüsü Sabir Babayevin “oduna düşüb”. Etibarlı mənbədən aldığımız məlumata görə, İdarənin ştat cədvəlindəki “ölü canlar”, maaş kartları məsələsi hüquq-mühafizə orqanlarının araşdırma predmetinə çevriləndən sonra Kərimov adı işdə gedən, amma işə gəlməyən sürücüsü Babayevi necə deyərlər, “gündüz əlində çıraq” axtarır. Deyilənə görə, Sabirin həyat yoldaşının da adı işdə gedir. Amma o da işə gəlmir. Maaş kartlarından isə gözəgörünməz quvvələr hər ay pul cəkir.
İdarənin Asəf adlı işcisi "Bizim Market"də işləyir. Məmmədquliyev Bəylər isə adı işdə olsa da, Bakıda yaşayır. Beyləqanda hamı bilir ki, Təvəkkülün adı SSİ-də mühafizəci kimi yazılıb. Amma bir dəfə də olsun idarənin mühafizə işində iştirak etməyib. Əgər hüqüq -hüqüq mühafizə orqanları araşdırsalar onda bilinər ki, Təvəkkül bu günədək haranı mühafuzə edib. İsmayıl isə elektrikdi, öz işi ilə məşğul olur.

Rayonda hamı Qasımov Musanın niyə işə getmədiyini yaxşı bilir. İdarənin işciləri isə adı maaş cədvəlində olan Abışov Ruslanın kim olduğunu, niyə işə gəlmədiyini bilmirlər.
Bu adları sadalanan “ölü canlar” axtarılanda tez tapılmaya bilərlər, çünki təminatlı olmaları səbəbindən sadəcə pensiya kapitallarına staj yazılması ilə qane olurlar. Amma digərləri karantin dövründə özləri Azim Kərimovu axtarıblar. Pandemiya dövründə dövlət tərəfindən əhaliyə verilən işsizliyə görə 190 manat birdəfəlik ödəniş məsələsi Azim Kərimovun işini cəncələ salıb.

Aldığımız məlumata görə, adları işdə gedən, özləri isə işə gəlməyən bəzi şəxslər bu yardımdan mərhum olduqları ücün SSİ-nin binasına hücüm cəkiblər. Onlar rəisdən hec olmasa 190 manatı tələb ediblər. Bu məsələnin necə həll olunduğu araşdırıldığı ücün irəliləyən görüşlərimizdə oxuculara ətraflı məlumat verəcəyik. Yəqin ki, bu işi uzun illərin təcrübəsini özündə toplayan baş mühasib F.Rüstəmov həll etmişdir. Cünki aldığımız xəbərlərdə qeyd olunur ki, Kərimov 190 manat istəyənləri baş mühasibin yanına göndərirmiş.  Azərbaycan “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Beyləqan rayonundakı qoyunculuq təsərrüfatını bildiyi kimi idarə edən Azim Kərimovun əməllərindən mediada kifayət qədər yazılsa da, nədənsə ASC rəhbərliyinin bu məsələdə susması rəisi daha da rahatlaşdırır. Belə ki, təsərrüfatın yonca sahəsini vaxtlı vaxtında bolluca sulatdıran rəis yığılan yoncanın Qax rayonundakı fermalara daşındığını məhrəm məclislərdə fəxrlə bildirir. Qeyd edək ki, ASC-nin rayondakı təsərrüfatına Kərimovun qardaşı nəzarət edir.

Beyləqan SSİ-nin texnikalarına verilən yanacaq məsələsi bir az qarışıqdır. Cünki idarədə təzə yanacaq doldurma məntəqəsi tikilsə də, rəis nədənsə oranın istifadəsini yasaqlayıb. Qeyd edək ki, köhnə, “dədə-baba qaydası” ilə işləyən yanacaq stansiyasına rayon Meloservis İdarəsinin rəisi Nadir Əliyev də şərikdir. İki idarənin texnikaları bir yerdən yanacaq götürüb istifadə edirlər. Amma necə istifadə edirlər - bunu hüqüq-mühafizə orqanları araşdırsa yaxşı olar. Deyilənə görə hər iki rəis Səhmdar Cəmiyyətin kadrlar məsələsinə baxan Cahan müəllimin birbaşa nəzarətində (və himayəsində) olduqlarını acıq - aydın gizlətmirlər. Hətta eşidənlər var ki, Azim Kərimov ASC - də bəzi vəzifəlilərin adlarını cəkərək ona hec kimin gücünün catmayacağını bildirir.
Qeyd edək ki, redaksiyamıza göndərilən məsələlərə aydınlıq gətirmək ücün Azim Kərimova zəng vurduq. İdarə rəisi bizi bir az dinlədikdən sonra bildirdi ki, “yazın, internetdən oxuyum, vaxtım yoxdur”.
Biz də yazdıq, qalanı Sərvərin boynuna. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Araşdırmamız davam edir.

Zaur Vəliyev
 
 
 

 
14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov