Xəbər lenti

b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2023-09_mik_1462.jpgSentyabrın 22-də universitetdəki Heydər Əliyev Məktəbində “Əsrin müqaviləsi” müstəqil respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb” mövzusunda məşğələ keçirildi.

Gununxeberi.az  xəbər verir ki, tədbiri açan universitet rektoru Rüfət Əzizov  ilk olaraq iştirakçıları salamladı, sentyabr ayının 19-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin apardığı lokal antiterror əməliyyatının qısa müddətdə, uğurla başa çatması münasibəti ilə onları təbrik etdi: “Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə hazırlanaraq aparılan bu əməliyyat Azərbaycan Respublikasının qədim və ayrılmaz tərkib hissəsi olan Qarabağ iqtisadi rayonunda əbədi rifaha yol açdı”.
Rüfət Əzizov sözlərinə davam edərək “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın aparıcı neft şirkətləri arasında imzalanan müqavilədən 29 il keçdiyini qeyd etdi. Sözlərinə davam edən rektor “Əsrin müqaviləsi” nin tarixi əhəmiyyətindən, bu müqavilənin Ümummilli Lider  Heydər Əliyevin şəxsi nüfuzu, qətiyyətli mövqeyi və həmin dövrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi danışıqlar prosesində iştirak edən İlham Əliyevin diplomatik məharəti nəticəsində imzalandığını vurğuladı. “Əsrin müqaviləsi”nin çox mürəkkəb və çətin bir dövrdə imzalandığını xatırladan Rüfət Əzizov həmin dövrdə Azərbaycan ətarfındakı geosiyasi mühit, Ulu Öndərin iradəsi ilə sənəddə milli mənafelərimizin qorunmasına yönələn əməli dəyişikliklər olunduğunu qeyd etdi. Universitetin rektoru imzalanan müqaviləni ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə Azərbaycanın bugünkü və gələcək inkişafının başlanğıc nöqtəsi olduğunu bildirdi: “Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan yeni neft strategiyası bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir”.  
Rektor, həmçinin bu müddət ərzində Azərbaycan xalqı və dövlətinin sahibi olduğu neft kapitalının insan kapitalına çevirilməsi istiqamətində aparılan məqsədyönlü siyasət, ötən müddət ərzində ölkədə aparılan quruculuq işləri, gənclərin dünyanın aparıcı universitetlərində təhsil alması barədə danışaraq, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın uğurlu icrasını vurğuladı.
Tarix və coğrafiya fakültəsinin dekanı, professor, əməkdar müəllim Adil Baxşəliyev “ “Əsrin müqaviləsi”ni reallaşdırmağa qadir olan yeganə şəxs – Heydər Əliyev” mövzusunda məruzəsində  “Əsrin müqaviləsi”nin ölkəmizə verdiyi iqtisadi və siyasi töhfələrdən söz açdı: “Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir”.
Kimya və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Musa Mustafayev “Əsrin müqaviləsi müstəqil Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı”, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri, dosent Loğman Abdullayev “Əsrin müqaviləsi beynəlxalq əməkdaşlığa, qlobal və regional təhlükəsizliyə töhfədir”, Mühəndislik fakültəsinin IV kurs tələbəsi Elvira İbişova “44 günlük Zəfər tariximizdə neft strategiyasının rolu” mövzularında çıxış edərək “Əsrin müqaviləsi”nin ölkə iqtisadiyyatının müxtəlif sahələrinin, xüsusilə neft sənayesinin və insan kapitalının davamlı inkişafına güclü təkan verdiyini və Azərbaycanın iqtisadi qüdrətini daha da artırdığını qeyd etdilər.
 

b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2023-09_mik_1462.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2023-09_mik_1345.jpg
 
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2023-09_mik_1385.jpg
 
 
 
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2023-09_mik_1345.jpg
 
 
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2023-09_mik_1472-1.jpg


Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev xalqa müraciət edib.

Dövlət başçısının müraciətinin tam mətnini təqdim edirik:

- Əziz həmvətənlər.

Bildiyiniz kimi, dünən səhər erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşı, onlardan ikisi mülki şəxs mina terrorunun qurbanı olmuşdur. Birinci dəfə deyil ki, bizə qarşı Ermənistan terror aktı törədir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur, ya da ki, ağır yaralanmışdır.

Dünənki terror aktı bu sıradan olan hadisə idi. Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Bir müddət bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri tərəfindən aşkarlanmış minalar Rusiya sülhməramlı kontingentinin və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrinə göstərilmiş və onlardan ciddi tədbir görülməsi tələb edilmişdir. Bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır. Yəni, bu, bir daha onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün bu minalar gətirilmişdir.

Azərbaycan dərhal lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırmışdır. Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.

Dünən təxminən saat 13:00 radələrində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir.

Qeyd etməliyəm ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır.

Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir.

Bir daha qeyd etmək istəyirəm ki, aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır. Onu da bildirməliyəm ki, Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika yerləşdirilmişdir. Radioelektron mübarizə vasitələri yerləşdirilmişdir. İki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır. Halbuki dəfələrlə həm Ermənistan rəhbərliyi ilə təmaslar əsnasında, eyni zamanda, beynəlxalq tədbirlərdə yüksək kürsülərdən mən dəfələrlə bu məsələyə qayıdaraq Azərbaycan dövlətinin haqlı narazılığını ifadə etmişdim. 10 noyabr üçtərəfli Bəyanatı, əslində, Ermənistan dövlətinin kapitulyasiya aktı idi və bu kapitulyasiya aktına görə Ermənistan Azərbaycan ərazilərindən bütün silahlı qüvvələrini çıxarmalı idi. Ancaq bundan imtina edirdi.

 
 
 
 
 
 
 

 

Əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgər, zabitlərimiz olub. Allah onlara şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.

Əməliyyatın uğurlu gedişatı təbii ki, Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salmışdır. Əməliyyatdan bir qədər sonra bizə vasitəçilər tərəfindən müxtəlif qeyri-müəyyən siqnallar gəlməyə başlamışdır və bizim Silahlı Qüvvələrimizin uğurlu irəliləyişi nəticəsində bu siqnallar daha intensiv xarakter almışdır. Bu gün səhər beynəlxalq tərəfdaşlardan bizə verilən məlumat ondan ibarət idi ki, qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun bu birləşmələri artıq bizim şərtlərimizi qəbul etməyə hazırdırlar. Bizim şərtlərimizi isə mən dünən mənə zəng etmiş Amerika Birləşmiş Ştatlarının Dövlət katibinə çatdırmışdım. Məndən soruşuldu ki, antiterror tədbirlərini dayandırmaq üçün nə lazımdır? Mən dedim ki, Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks-təqdirdə sona qədər gedəcəyik və düşmən bizim gücümüzü də, qətiyyətimizi də yaxşı bilir.

Bu gün səhər saatlarında artıq bizə bildirildi ki, bizim şərtlərimiz qəbul edilib. Üstəgəl, bir neçə ay ərzində bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bizimlə dediyimiz yerdə - Yevlax şəhərində görüşməyə hazırdırlar. Mənim cavabım belə oldu ki, Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Bunu dostlarımız da bilir, düşmənlərimiz də bilir. Bizim sözümüz imzamız qədər dəyərlidir və bizim şərtlərimiz qəbul olunarsa, təbii ki, tədbirlərimiz, hərbi tədbirlərimiz dayandırılacaq və bu gün saat 13-də atəşkəs elan edildi. Əfsuslar olsun ki, qarşı tərəf atəşkəsə tam əməl etməyib. Atəşkəs elan olunandan sonra da bizim mövqelərimiz atəş altına düşmüşdür. Buna baxmayaraq, prinsip etibarilə bizim şərtlərimiz tam qəbul olundu və onu da bildirməliyəm, indi saat yeddiyə beş dəqiqə işləyir.

Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlamışdır. O cümlədən onlar bizim şərtimizi qəbul edərək silahların da təhvil verilməsinə başlamışlar. Sual olunur. Bu vəziyyətə gətirib çıxarmaq kimə xeyir gətirdi? Axı, İkinci Qarabağ müharibəsindən dərhal sonra biz haqlı narahatlığımızı ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək deyirdik ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır. Biz deyirdik ki, qanunsuz xunta rejimi öz əski parçasından artıq olmayan dırnaqarası bayraqlarını büküb cibinə qoyub bizim torpağımızdan çıxmalıdır. Bu, bizim suveren hüququmuzdur. Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb. Əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Düzdür, bunu öz xoşu ilə etməyib, bunu “dəmir yumruq” hesabına etməyə məcbur olub. Amma fakt göz qabağındadır. Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyandan sonra Qarabağda 30 il at oynadan kriminal rejimin hansı statusu ola bilər?! Hansı dövlət atributları ola bilər?! Hansı seçkilər ola bilər?! Bütün İkinci Qarabağ müharibəsi başa çatandan sonra əldə edilmiş üçtərəfli şifahi razılaşmalara rəğmən bu ayın 9-da Qarabağda saxta “seçkilər” keçirildi, saxta “prezident” seçildi, dırnaqarası prezident. Həmin o şəxs dərhal bəyan etdi ki, onlar statusun dalınca qaçacaqlar. Yəqin ki, mənim sözlərim onların yadından çıxıb. İkinci Qarabağ müharibəsi başa çatanda, Ermənistan ağ bayraq qaldıranda, diz çökəndə, kapitulyasiya aktına imza atanda mən demişdim ki, status cəhənnəmə getdi. Müharibədən bir müddət sonra biz status haqqında cəfəng ifadələri eşitmirdik. Amma görünür ki, bu qorxu onların canından yavaş-yavaş çıxdıqca yenidən revanşist qüvvələr baş qaldırır. Ona görə bütün bu amillər bir daha onu göstərir ki, qanunsuz kriminal xunta rejimi azğınlaşıb, harınlaşıb və qudurub. Unudub ki, onlar Azərbaycan ərazisində yaşayırlar. Ona görə bizim bütün addımlarımız legitimdir, hüquqidir, ədalətlidir və bütün addımlara görə biz həm məsuliyyət daşıyırıq, həm qürur hissi keçiririk. Yenə də deyirəm, antiterror tədbirləri yüksək peşəkarlıqla, dəqiqliklə elə aparıldı ki, mülki əhali zərbə altına düşmədi, mülki infrastruktura zərər vurulmadı. Ancaq düşmən mövqeləri, onların silahları, texnikaları məhv edildi.

İndi isə əminəm ki, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur.

Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar.

Yevlax şəhərində mənim nümayəndəmlə Qarabağ icmasının nümayəndələrinin görüşü əsnasında biz öz baxışlarımızı, gələcək birgə yaşayış baxışlarımızı onlara çatdıracağıq. Onların bütün hüquqları təmin ediləcək - təhsil hüquqları, mədəniyyət hüquqları, din hüquqları, munisipal seçki hüquqları. Yəni, Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bunu izah etməyə ehtiyac yoxdur. Bu, bizim həyat tərzimizdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq, İkinci Qarabağ müharibəsi bir daha onu göstərdi. Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri bir yumruq kimi birləşdi - Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda! Ona görə, bax, bu gözəl ab-hava, bu, təbii bir məkandır və biz Qarabağda yaşayan erməni əhalisini buna dəvət edirik. Biz müxtəlif sosial proqramlar icra etməyə hazırıq. Biz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq, görün, nə qədər böyük işlər görürük, cəmi iki il ərzində. O bölgədə bəlkə də 30 il ərzində heç 1 faiz də iş görülməyib - elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur. Cəmi iki il ərzində. Heç bir yardım almadan, özümüz. İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir. Ona görə bizim təklifimiz budur və bu gün dönüş nöqtəsi idi. Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar!

Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər. Biz buna hazırıq və Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul olunacaq. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir.

Ermənistan bu dövr ərzində - dünən, bu gün deyə bilərəm ki, gözlənilmədən siyasi səriştə göstərib və biz bunu qiymətləndiririk. Bunu önəmli amil kimi görürük və hesab edirəm ki, dünən və bu gün baş vermiş hadisələr, eyni zamanda, Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcək.

Mən ümid etmək istəyirəm ki, bizim atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandırırsınız adlandırın, maneə aradan qalxa bilər. Bu, Cənubi Qafqazda yeni reallıq yaradacaq, uzunmüddətli sülh yaradacaq. Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq. Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil - Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!

Kamaləddin Qafarov: “Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması tarixi zərurət idi”

“Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə apardığı Vətən müharibəsini həm döyüş meydanında, həm də siyasi müstəvidə əldə etdiyi tarixi Qələbə ilə başa vurdu. Bunun nəticəsi olaraq torpaqlarımızın otuz illik işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Müharibənin başa çatmasından artıq üç ilə yaxın bir müddət keçsə də, Azərbaycan siyasi-diplomatik müstəvidə ardıcıl olaraq yeni qələbələr əldə etməkdədir. Bu baxımdan 23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədində - Laçın rayonu ərazisindəki Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması da mühüm tarixi əhəmiyyət kəsb edən hadisədir. Məhz bu məntəqənin qurulması ilə Azərbaycanın dövlət sərhədlərinin bütövlüyü tam təmin olundu. Əlbəttə ki, nə ermənilər, nə də onların himayədarları bu faktı həzm edə bilirlər. Buna görə də həmin qüvvələr artıq neçə müddətdir ki, ölkəmizə qarşı çirkin anti-təbliğat kampaniyası aparır, Azərbaycanı guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır. Lakin bu kimi cəhdlər heç bir nəticə verə bilməz. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır və beynəlxalq hüquq normalarına da tam uyğundur.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması hərbi-siyasi qələbənin təcəssümüdür: “Birmənalı olaraq Azərbaycan-Ermənistan sərhəddində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulmasını Vətən müharibəsi başa çatdıqdan sonra ölkəmizin əldə etdiyi ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi qiymətləndirmək lazımdır. Bu hadisə tarixi ədalətin daha bir təntənəsidir. Bir zamanlar torpaqlarımızı işğal edən, azərbaycanlıları öz doğma yurd-yuvalarından didərgin salan, onları qətlə yetirən düşmənin indi şanlı bayrağımızın altından keçməsini, sərhədçilərimizin önündə dinməz-söyləməz farağat dayanmasını izləmək olduqca qürurverici haldır. Eyni zamanda, sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizə və xalqımıza qarşı hərbi cinayətlər törətmiş şəxslərin müəyyən edilib saxlanması baxımından da mühüm əhəmiyyət kəsb edir. 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin faciəsini törətmiş Vaqif Xaçaturyan adlı şəxsin saxlanılması da buna əyani misaldır. Ermənilərin və onların havadarlarının bu məsələyə münasibətindən asılı olmayaraq “Laçın” sərhəd-buraxılış məntəqəsinin açılışı regionun geosiyasi mənzərəsini dəyişdirdi və Qələbəmizin beynəlxalq müstəvidə təkrar rəsmiləşdirilməsinə səbəb oldu.”

K.Qafarov “Laçın” sərhəd-buraxılış məntəqəsinin təyinatından bəhs edərək deyib: “Aydındır ki, sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir. Bu məntəqənin qurulması ilə Azərbaycan ərazisində hələ də qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının qarşısı alınıb. “Laçın” sərhəd-buraxılış məntəqəsi ərazidən təbii sərvətlərin qanunsuz çıxarılmasının qarşısını alır. Diqqətəlayiq haldır ki, bir müddət əvvəl “Laçın” sərhəd-buraxılış məntəqəsinin beynəlxalq legitimliyi də öz təsdiqini tapıb. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı ilə Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbi rədd olunub, “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialar qəti şəkildə təkzib edilib. Bu qərar, şübhəsiz, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin daha bir təntənəsinin bariz təzahürüdür”.
 
 
Kamaləddin Qafarov: “Gənclər xalqın və dövlətin gələcəyidir"

“Ulu Öndər Heydər Əliyev güclü, inkişaf etmiş dövlət quruculuğunda gənclərin rolunu daim xüsusi qeyd edirdi.Bu gün də Azərbaycan gəncliyi cəmiyyətimizin aparıcı qüvvəsi kimi çıxış edir. 2020-ci ilin sentyabr-noyabr aylarında rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad etdikləri ərazilərdə böyük quruculuq işləri aparır, xalqın rifahı, dövlətimizin daha da yüksəlişi naminə əzm və fədakarlıqla çalışırlar.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat bildirib ki, ölkənin ictimai-siyasi, mədəni həyatının müxtəlif sahələrində sistemli islahatlar aparan dahi lider bütün proseslərdə gənclərin roluna daim xüsusi fikir verirdi: “Heydər Əliyev 1993-cü ildə respublikada yenidən hakimiyyətə qayıtdıqdan sonra da böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Etiraf olunmalıdır ki, Ümummilli Lider Heydər Əliyevin respublikada ikinci dəfə hakimiyyətə qayıdışını ən çox alqışlayanlar da elə gənclər idi. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclər də Ulu Öndəri dahi lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər. Ulu Öndərimizin həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Heç də təsadüfü deyildir ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı.”

K.Qafarov qeyd edib ki, hazırda ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti Azərbaycanda həyata keçirilən ümumi inkişaf siyasətinin mühüm tərkib hissəsidir: “Bu gün Azərbaycan gəncliyi Ümummilli Liderimizin tapşırıqlarına əməl edərək ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin effektiv və yaradıcı fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ötən illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir sıra mühüm sənədlər imzalanmışdır. Ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin ən önəmli nəticələrindən biri də bu oldu ki, 2020-ci ilin sentyabr-noyabr aylarında rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Təsadüfi deyil ki, dövlətimizin başçısı 2022-ci ildə keçirilmiş növbəti Gənclər Forumunda etdiyi çıxışında gənclərimizin Vətən müharibəsində rolunu çox yüksək qiymətləndirmişdir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müharibə zamanı gənclərin rolu həlledici olmuşdur. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün tükənməz qürur mənbəyidir”.
Azərbaycan diaspor təşkilatları bəyanat yayıb

 

Azərbaycan diaspor təşkilatları Laçın-Şuşa-Xankəndi yolu ətrafında yaranmış vəziyyətlə bağlı bəyanat yayıb.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Bəyanatda deyilir:

“Avropa Şurasının Baş katibi Mariya Pejçinoviç-Buriçin Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinləri üçün təchizat məsələsi ilə bağlı 28 iyul 2023-cü il tarixli bəyanatı bizdə böyük təəccüb və təəssüf hissi yaratdı. Bu açıqlama Şuranın Nizamnaməsində, İnsan Hüquqları üzrə Avropa Konvensiyasında və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş məqsəd və prinsiplərə ziddir.

Azərbaycan diaspor təşkilatları bildirir ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin guya blokadaya alınması və humanitar fəlakətlə üzləşməsi barədə deyilənlər Ermənistanın beynəlxalq ictimai rəyi çaşdırmaq üçün əl atdığı növbəti böhtan və cəfəngiyyatdır. Belə ki, 2020-ci ildə 44 gün davam edən və Azərbaycanın tarixi zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsindəndən qısa müddət sonra rəsmi Bakı 30 illik işğala və məşəqqətlərə baxmayaraq, iki ölkə arasında bir-birinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşmasına dair baza prinsipləri və sülh müqaviləsi təklifi ilə çıxış edib. Ermənistan tərəfi bu sülh təşəbbüslərinə uzun müddət cavab verməsə də və müxtəlif bəhanələrlə prosesi ləngitsə də, Azərbaycan tərəfi qətiyyət göstərərək sülh müqaviləsi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması istiqamətində təşəbbüslərin irəlilədilməsi üçün xoşməramlı səylərini davam etdirib. Azərbaycan hakimiyyət orqanları tərəfindən Qarabağ bölgəsinin yerli erməni sakinləri ilə dialoq istiqamətində ardıcıl addımlar atılıb, yeni Laçın yolunun tikintisi qısa müddətdə başa çatdırılıb və yol istifadəyə verilib.

 

Ermənistan tərəfi isə bunun əksinə, “beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi danışıqları vasitəsilə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi” kimi əsassız təkliflə çıxış edərək, Azərbaycan və yerli erməni sakinlər arasında təmaslara maneçilik törədib və faktiki olaraq ölkəmizə qarşı ərazi iddialarını başqa ad altında davam etdirib. Eyni zamanda 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmaya zidd olaraq, öz hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxarmayıb, mina xəritələrini rəsmi Bakıya təqdim etmək əvəzinə, Azərbaycan ərazilərini minalamaqda davam edib, nəticədə 2020-ci ilin noyabr ayından bəri iki nəfər jurnalist daxil 303 nəfər azərbaycanlı mina qurbanına çevrilib.

Azərbaycan öz sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə özünün suveren ərazilərində Laçın sərhəd buraxılış məntəqəsi təsis edib. Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlı kontingentinin sərhəd buraxılış məntəqəsindən keçidinin təmin olunmasına baxmayaraq, Ermənistan tərəfi Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialar yayıb. Eyni zamanda 15 iyun tarixində Azərbaycan sərhədçilərinin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, yük avtomobillərinin 26 iyul tarixində Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi kimi təxribatlar törədib.

Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürməsinə və onların Avropa İttifaqı, BQXK tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bu təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması Ermənistanın humanitar vəziyyət barədə iddialarının siyasi şantaj və manipulyasiya olduğunu bir daha göstərib.

Azərbaycan diaspor təşkilatları bəyan edir ki, Ermənistanın məqsədi bölgəyə üçüncü tərəfləri cəlb etmək, gərginliyin coğrafiyasını genişləndirmək və sülh prosesini iflasa uğratmaqdan ibarətdir. Son günlər baş verən bütün bu təxribatlara görə məsuliyyət Azərbaycan ərazilərində qanunsuz hərbi mövcudluğu davam etdirən, separatizmi təşviq edən və reinteqrasiya səylərinə əngəl törədən Ermənistan və onun rəhbərliyinin üzərinə düşür. Eyni zamanda 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Ermənistandan və Azərbaycanın işğal olunmuş ərazilərindən zorla qovulmuş bir milyona yaxın azərbaycanlıların çəkdikləri iztirablara, Ermənistanın 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində soyqırımı törətməsinə, 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamasına, Naxçıvan Muxtar Respublikasını 32 ildir blokadaya almasına, son üç il ərzində Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğuna, Ermənistanın kommunikasiyaların açılmasına maneçilik törətməsinə göz yuman bir sıra ölkələrdən və beynəlxalq təşkilatlardan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi, daxili işlərinə qarışmamağı və ikili standartlar siyasətinə son qoymağı tələb edirik”.

inaniram-ki-eli-azerbaycanli-qanina-batmis-diger-yanlar-da-cezalarini-alacaq

 

Bu gün Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən,Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, bunu əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli tanınmış mütəxəssis Firdovsi Umudov feysbuk hesabında yazıb.

O qeyd edib ki, bu xəbər özlüyündə bir çox mətləblərə aydınlıq gətirir:

“Ali Baş Komandan, cənab Prezident İlham Əliyev azərbaycanlılara qarşı törədilən soyqırımıları ilə bağlı danışarkən hər dəfə bu cinayətlərin cəzasız qalmayacağını, cinayətkarın cəzalandırılacağını bəyan edirdi, özü də xüsusi vurğu ilə qeyd edirdi. Sözü imzası qədər böyük olan müzəffər Ali Baş Komandanımız bir daha sübut etdi ki, o, beynəlxalq hüquq çərçivəsində hər bir Azərbaycan vətəndaşının haqqını, hüququnu qoruyur, müdafiə edir. 

 

Erməni terrorizmi və vəhşətinin qurbanı olmuş soydaşlarımızın qanı yerdə qalmır, qalmayacaq da. Azərbaycana düşmən kəsilən ölkələr və qüvvələr də görməli, bilməli və nəticə çıxarmalıdırlar  ki, özləri ədalətli olmasalar da, ilahi ədalət deyilən bir anlayış var və zaman yetişir ilahı ədalət bərpa olunur. Bir zamanlar Azərbaycan erməni cinayətkarlara törətdikləri qanlı əməllər görə cinayət işi açanda çoxları düşünürdü ki, bu, sadəcə sənəd olaraq qalacaq. Azərbaycan onları tapa bilməyəcək. Amma bu gün Azərbaycan iradə və əzmini ortaya qoyaraq, həmin qüvvələrə də yanıldıqlarını isbatladı. Hər kəs törətdiyi əməlin bumeranqını yaşayacaq. İnanıram ki, əli azərbaycanlı qanına batmış, digər “yanlar” da saxlanılacaqlar və Azərbaycan məhkəmələri qarşısında cavab verəcəklər.

Onu da qeyd etmək yerinə düşər ki, Xaçaturyan kimi, cinayətkarların Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə adı altında Ermənistana aparılmasına cəhd təəssüf doğurur. Gərək beynəlxalq təşkilatlar da öz ədalət hislərini itirməsinlər. Axtarışda olan bir canini, qəssabı ən müxtəlif yollarla qanun qarşısında cavab verməkdən yayındırmağa çalışmasınlar. Bu, təəssüf doğurur. Amma Azərbaycan hüquqi dövlətdir, bütün addımlarını beynəlxalq hüquq çərivəsində ölçüb-biçir və ona müvafiq qərarlar verir. 

Bəzi beynəlxalq təşkilatlar erməni vəhşiliyinə susur, ədaləti bərpa etmək istəmir, amma biz özümüz o ədaləti bərpa edirik, edəcəyik, necə ki, bunu 44 günlük Vətən savaşında etdik. Dövlət Sərhəd Xidmətinin zabiti olaraq özümün və daim üçrəngli şanlı Azərbaycan bayrağını beynəlxalq idman arenalarında dalğalandıran sərhədçi idmançılar adından bu işdə göstərdiyi ayıq-sayıqlığa və bizə bu qüruru yaşatdıqlarına görə “Laçın” postunda, eləcə də digər postlarda şərəfli xidmət aparan DSX əməkdaşlarına dərin təşəkkürlərimi izhar edirəm. Sərhədçi idmançılar olaraq, Azərbaycan sərhədlərinin keşiyində inamla dayanıb, müqəddəs xidmətlər aparan bütün sərhədçilərimizlə qürur duyuruq və onlara uğurlu xidmətlər arzu edirik. 44 günlük savaşda olduğu kimi, indi də sərhədçi idmançılar daim Vətən keşiyində möhkəm dayanan cəsur sərhədçilərimizin yanındadırlar.  

Yaşasın Ali Baş Komandan, Yaşasın müstəqil Azərbaycan, yaşasın sərhədçilərimiz!”

 

 

 
Meşəli soyqırımının şahidi Xaçaturyanın dəhşətli cinayətlərindən danışıb (VİDEO)

 

Meşəli kəndində faciə 1991-ci il dekabrın 23-də baş verib. Ermənilər hər tərəfdən kəndi mühasirəyə almışdılar. Pulemyotlardan, avtomatlardan və digər silahlardan sitifadə edirdilər. Kəndə daxil olaraq onlar Quliyevlər ailəsindən 4 nəfəri qətlə yetiriblər, Novruzovlar ailəsindən də 5 nəfər şəhid olub.

Trend-in məlumatına görə, bu barədə İctimai Televiziyaya müsahibəsində ermənilərin hücumu zamanı sağ qurtulan Sabir Qasımov danışıb.

Onun sözlərinə görə, terrorçular qadın, uşaq və qocaları öldürüblər.

"Allahverdiyevlərin yeddinci sinifdə oxuyan oğlu Vidadi şəhid edildi. Onların qonşuları da şəhid edildi. 80 yaşlı Sürəyya xala da qətlə yetirilib. Kənd sakinlərinin bir qismi Şuşa yolunda ermənilər tərəfindən qabaqları kəsilərək qətlə yetirilmişdi", - deyə o bildirib.

O həmçinin qeyd edib ki, kənddə 14 nəfər ağır yaralanmışdı, ümumilikdə isə 365 nəfər zərər çəkmişdi: "Sakinlər ayaqyalın dağlara doğru qaçmalı olmuşdular".

Qasımov erməni terrorçularının silahsız insanlara qarşı minaatanlardan da istifadə etdiyini vurğulayıb. Kəndlilər onların əmrlərini rus və erməni dillərində aydın eşidirdilər. Qırğın tezliklə kəndin mərkəzinə çatmışdı. Onun sözlərinə görə, yaxınlıqdakı yaşayış məntəqələrindən kömək gəlməsəydi, qurbanlar daha çox olardı.

 

"Ümid edirik ki, bu gün Laçın sərhəd keçid məntəqəsində saxlanılan Vaqif Xaçaturyan və onun əlaltıları məhkəmə qarşısında cavab verəcəklər", - deyə o əlavə edib.

Daha ətraflı müsahibədə izləyə bilərsiniz:

 


Kamaləddin Qafarov: “Azərbaycan dilinin qorunması və inkişafı daim dövlətimizin diqqətindədir”

“Dövlət müstəqilliyinin bərpasından sonra, 1992-ci ildə respublikamızda latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması bir çox digər məqamlarla yanaşı, ölkəmizin dünya birliyinə inteqrasiyasının sürətlənməsi baxımından vacib addım olmuşdur. Ulu Öndər Heydər Əliyev tərəfindən 2001-ci il avqustun 9-da imzalanmış “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” Fərman xüsusi əhəmiyyət kəsb edən tarixi hadisədir. Bu Fərmanla hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur”.

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Deputat Azərbaycan dilinin respublikamızda dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafının istər sovet dönəmində, istərsə də müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb: ” Məlumdur ki, 1960-cı illərin sonuna qədər olan dövrdə respublikamızda Azərbaycan dili hakim mövqelərə çıxa bilmirdi. Həmin dövrdə ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi qeyri-mümkün idi və dövlət tərəfindən bu məqsədlə hər hansı bir tədbir də görülmürdü. Əksinə, bütün tədbirlər yalnız müttəfiq respublikalarda yerli xalqların doğma dillərinin sıxışdırılması məqsədini güdürdü.”

K.Qafarov bildirib ki, Ulu Öndər Heydər Əliyevin ana dilimizin respublikada dövlət dili statusuna yüksəlməsi istiqamətində atdığı cəsarətli addımlar tarixi əhəmiyyət kəsb edən təşəbbüs idi: “1970-ci illərin ortalarından başlayaraq Sovet İttifaqına daxil olan respublikalarda yerli dillərin sıxışdırılması kampaniyası daha da intensivləşdirildi. Xüsusilə də SSRİ-nin yeni Konstitusiyasının qəbulundan sonra bütün ölkə ərazisində rus dilinin hüquqlarının genişləndirilməsi məqsədilə “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunmağa başlandı. Təbii ki, yaranmış şəraitdə müttəfiq respublikalarda ana dilini təbliğ etmək çox riskli və təhlükəli idi. Bu səbəbdən respublika rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdən çəkinirdilər. Təkcə 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik edən Heydər Əliyev dil məsələsində öz mövqeyini böyük cəsarət və qətiyyətlə bildirmişdir. 1977-ci ildə növbəti SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihələri də dərc olunaraq ümumxalq müzakirəsinə verildi. Həmin dövrdə respublikamıza rəhbərlik edən Ulu Öndər Heydər Əliyev var gücü ilə Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınmasına çalışırdı. Nəticədə 1978-ci il aprelin 27-də Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olundu. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.”

K.Qafarov bildirib ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, diplomatiya aləminə yol açması, mötəbər beynəlxalq tribunalardan eşidilməsi də Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasətinin ölkəmizdə uğurla həyata keşirilməsinin nəticəsidir: “Məlum olduğu kimi, 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu gün də ölkəmizdə Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Ölkə Prezidenti İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncama əsasən hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan möhtərəm dövlət başçımızın “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli-mənəvi varlığımızın sübutu olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Ölkə Prezidentinin 2018-ci il 17 iyul tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı və 2018-ci il 1 noyabr tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı isə ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını və qayğı ilə əhatə olunduğunu bir daha təsdiq edir”.
Kamaləddin Qafarov: “Azərbaycanın hərbi qüdrəti onun təhlükəsizliyinin təminatçısıdır”

“2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsini tarixi Zəfərlə başa vuraraq torpaqlarımızın Ermənistan tərəfindən işğalına birdəfəlik son qoyduqdan sonra ölkə Prezidenti İlham Əliyev dövlətimizin qarşısında duran iki əsas vəzifəni prioritet istiqamət olaraq müəyyən etmişdir. Bunlardan biri azad edilmiş ərazilərin – Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, digəri isə ölkənin hərbi qüdrətinin artırılmasıdır. Təbii ki, hər iki istiqamət ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir. Azad edilmiş rayon və bölgələrimizin bərpası və yenidən qurulması, ilk növbədə, keçmiş məcburi köçkün vətəndaşlarımızın 30 illik fasilədən sonra yenidən öz dədə-baba torpaqlarına qayıda bilmələri və eyni zamanda Azərbaycan ərazisinin iyirmi faizinin ölkənin iqtisadiyyatına təkrar reinteqrasiyası üçün zəruridir. Qeyd olunmalıdır ki, hər iki məqsədə nail olmaq üçün hazırda bütün lazım olan tədbirlər görülür, iri miqyaslı dövlət layihələri böyük vüsətlə həyata keçirilir”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputatın fikrincə, ordumuzun müasirləşdirilməsi, mövcud hərbi hissələrin döyüş qabiliyyətinin yüksəldilməsi və yenilərinin yaradılması, azad edilmiş ərazilərimizdə gedən quruculuq işlərinin tam əmin-amanlıq və sabitlik şəraitində aparılması, “Böyük qayıdış” proqramı çərçivəsində öz tarixi yurd yerlərinə daimi yaşayış məqsədilə geri dönən insanlarımızın təhlükəsiz həyat şəraitinin təmin olunması üçün vacibdir. “Beynəlxalq hüquq normalarının getdikcə daha çox və tez-tez pozulduğu, böyük dövlətlər tərəfindən bu hüququn əsas prinsiplərini təşviq edən beynəlxalq konvensiyaların tələblərinə açıq-aşkar etinasızlıq göstərildiyi müasir dünyada bir ölkənin özünün suverenliyini və ərazi bütövlüyünü, vətəndaşlarının azadlılqlarını təmin edə bilməsi üçün güclü orduya malik olması vacib şərtdir.”

Deputat vurğulayıb ki, Azərbaycanın gücünü, qüdrətini nümayiş etdirən ən mühüm məqamlardan biri azad edilmiş ərazilərdə aparılan bütün yenidənqurma işlərinin ölkəmizin öz hesabına həyata keçirilməsidir: “Ölkə Prezidenti İlham Əliyev iyulun 11-də 2023-cü ilin ilk altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxış edərək bildirdi ki, cari ilin altı ayı ərzində əsas istiqamət ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi olub. Bütövlükdə altı ay ərzində ölkə iqtisadiyyatı inkişaf edib, qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkənin maliyyə durumu xeyli yaxşılaşıb. Bu il rekord həddə çataraq 33 milyard manatlıq göstəricini üstələyən dövlət büdcəsi, həm də ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verir ki, ölkə qarşısında duran əsas investisiya layihələri icra olunsun, dövlətin hərbi gücünü artırmaq üçün əhəmiyyətli addımlar atılsın. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət sayəsində makroiqtisadi sabitlik uzun illərdir təmin edilir. Manatın məzənnəsinin son altı il ərzində sabit qalması bu gün dünya praktikasında müşahidə olunan çox nadir hadisədir.”
K.Qafarov Prezident İlham Əliyevin öz çıxışında Ermənistanla olan münasibətlərə dair səsləndirdiyi fikirlərin önəmini qeyd edərək deyib: “Bu gün Cənubi Qafqazda sülh, sabitlik və dayanıqlı inkişafın təmin olunmasında Azərbaycan-Ermənistan münasibətlərinin vacib rol oynadığı hər kəsə məlumdur. Azərbaycan Vətən müharibəsində qalib gələrək öz ərazi bütövlüyünü bərpa etməklə və bu əsasda yeni regional reallıqlar yaratmaqla bir çox üstünlüklərə sahib olmuşdur. Bu gün məhz Azərbaycanın yürütdüyü siyasət Ermənistan tərəfini də vacib müsbət addımlar atmağa sövq edir. Lakin nəticə yenə də təkcə bizim ölkədən asılı deyil. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın sülh danışıqları ilə bağlı mövqeyi aydındır, məntiqlidir və beynəlxalq hüquqa əsaslanır. Ermənistanla sülh sazişi də yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalana bilər. Dövlət başçımızın bu imkanların hələ ki, tükənmədiyinə dair ifadə etdiyi fikirlər son dərəcə böyük ümidlər yaradır. Xüsusilə bu ilin may ayında Ermənistanın artıq Azərbaycan ərazisinin parametrlərini Qarabağ və anklav kəndlərimiz da daxil olmaq şərtilə rəsmən tanıması müsbət haldır və bu fikirlərin kağız üzərində də müvafiq imzalarla öz təsdiqini tapması yeni, xoşməramlı münasibətlərin yaradılmasına güclü təkan verə bilər”.
 
 
Kamaləddin Qafarov: “Azərbaycanın hərbi qüdrəti onun təhlükəsizliyinin təminatçısıdır”

“2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsini tarixi Zəfərlə başa vuraraq torpaqlarımızın Ermənistan tərəfindən işğalına birdəfəlik son qoyduqdan sonra ölkə Prezidenti İlham Əliyev dövlətimizin qarşısında duran iki əsas vəzifəni prioritet istiqamət olaraq müəyyən etmişdir. Bunlardan biri azad edilmiş ərazilərin – Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, digəri isə ölkənin hərbi qüdrətinin artırılmasıdır. Təbii ki, hər iki istiqamət ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir. Azad edilmiş rayon və bölgələrimizin bərpası və yenidən qurulması, ilk növbədə, keçmiş məcburi köçkün vətəndaşlarımızın 30 illik fasilədən sonra yenidən öz dədə-baba torpaqlarına qayıda bilmələri və eyni zamanda Azərbaycan ərazisinin iyirmi faizinin ölkənin iqtisadiyyatına təkrar reinteqrasiyası üçün zəruridir. Qeyd olunmalıdır ki, hər iki məqsədə nail olmaq üçün hazırda bütün lazım olan tədbirlər görülür, iri miqyaslı dövlət layihələri böyük vüsətlə həyata keçirilir”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputatın fikrincə, ordumuzun müasirləşdirilməsi, mövcud hərbi hissələrin döyüş qabiliyyətinin yüksəldilməsi və yenilərinin yaradılması, azad edilmiş ərazilərimizdə gedən quruculuq işlərinin tam əmin-amanlıq və sabitlik şəraitində aparılması, “Böyük qayıdış” proqramı çərçivəsində öz tarixi yurd yerlərinə daimi yaşayış məqsədilə geri dönən insanlarımızın təhlükəsiz həyat şəraitinin təmin olunması üçün vacibdir. “Beynəlxalq hüquq normalarının getdikcə daha çox və tez-tez pozulduğu, böyük dövlətlər tərəfindən bu hüququn əsas prinsiplərini təşviq edən beynəlxalq konvensiyaların tələblərinə açıq-aşkar etinasızlıq göstərildiyi müasir dünyada bir ölkənin özünün suverenliyini və ərazi bütövlüyünü, vətəndaşlarının azadlılqlarını təmin edə bilməsi üçün güclü orduya malik olması vacib şərtdir.”

Deputat vurğulayıb ki, Azərbaycanın gücünü, qüdrətini nümayiş etdirən ən mühüm məqamlardan biri azad edilmiş ərazilərdə aparılan bütün yenidənqurma işlərinin ölkəmizin öz hesabına həyata keçirilməsidir: “Ölkə Prezidenti İlham Əliyev iyulun 11-də 2023-cü ilin ilk altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxış edərək bildirdi ki, cari ilin altı ayı ərzində əsas istiqamət ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi olub. Bütövlükdə altı ay ərzində ölkə iqtisadiyyatı inkişaf edib, qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkənin maliyyə durumu xeyli yaxşılaşıb. Bu il rekord həddə çataraq 33 milyard manatlıq göstəricini üstələyən dövlət büdcəsi, həm də ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verir ki, ölkə qarşısında duran əsas investisiya layihələri icra olunsun, dövlətin hərbi gücünü artırmaq üçün əhəmiyyətli addımlar atılsın. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət sayəsində makroiqtisadi sabitlik uzun illərdir təmin edilir. Manatın məzənnəsinin son altı il ərzində sabit qalması bu gün dünya praktikasında müşahidə olunan çox nadir hadisədir.”
K.Qafarov Prezident İlham Əliyevin öz çıxışında Ermənistanla olan münasibətlərə dair səsləndirdiyi fikirlərin önəmini qeyd edərək deyib: “Bu gün Cənubi Qafqazda sülh, sabitlik və dayanıqlı inkişafın təmin olunmasında Azərbaycan-Ermənistan münasibətlərinin vacib rol oynadığı hər kəsə məlumdur. Azərbaycan Vətən müharibəsində qalib gələrək öz ərazi bütövlüyünü bərpa etməklə və bu əsasda yeni regional reallıqlar yaratmaqla bir çox üstünlüklərə sahib olmuşdur. Bu gün məhz Azərbaycanın yürütdüyü siyasət Ermənistan tərəfini də vacib müsbət addımlar atmağa sövq edir. Lakin nəticə yenə də təkcə bizim ölkədən asılı deyil. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın sülh danışıqları ilə bağlı mövqeyi aydındır, məntiqlidir və beynəlxalq hüquqa əsaslanır. Ermənistanla sülh sazişi də yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalana bilər. Dövlət başçımızın bu imkanların hələ ki, tükənmədiyinə dair ifadə etdiyi fikirlər son dərəcə böyük ümidlər yaradır. Xüsusilə bu ilin may ayında Ermənistanın artıq Azərbaycan ərazisinin parametrlərini Qarabağ və anklav kəndlərimiz da daxil olmaq şərtilə rəsmən tanıması müsbət haldır və bu fikirlərin kağız üzərində də müvafiq imzalarla öz təsdiqini tapması yeni, xoşməramlı münasibətlərin yaradılmasına güclü təkan verə bilər”.
 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov