Xəbər lenti



Dinamik inkişafını davam etdirməklə strateji hədəflərə doğru irəliləyən ölkəmiz qeyri-neft sektorunun nəzərəçarpacaq artımı hesabına neft-qaz sektorundan asılılığın azaldılması, investisiya cəlbediciliyinin, makroiqtisadi sabitliyin qorunub saxlanılması, qlobal infrastruktur layihələrinin reallaşdırılması və digər mühüm istiqamətlərdə pozitiv göstəricilərə imza atdı.


Son illərdə pandemiya ilə əlaqədar dünyada iqtisadi durğunluq nəzərə çarpdığı bir halda, Azərbaycanda Prezident Cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində iqtisadi göstəricilərdə yüksəliş qeyd olunur. Regionların sosial-iqtisadi inkişafına və biznes mühitinin liberallaşdırılmasına istiqamətlənmiş dövlət siyasətinin davam etdirilməsi istər ümumi daxili məhsulun, istərsə də strateji valyuta ehtiyatlarının artımına imkan yaratdı.

    Müasir dövrdə Azərbaycanın iqtisadi cəhətdən inkişafında, yeni iş yerlərinin yaradılmasında, ölkənin ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığın azaldılmasında sənaye potensialının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bunu da qeyd etmək istərdim ki, yüngül və aqrar sənayenin inkişafı kənd təsərrüfatının inkişafı üçün stimul yaradır. Azərbaycan hazırda inkişafın elə yüksək mərhələsindədir ki, qazanılan makroiqtisadi nailiyyətlər ilk növbədə bu sahəyə diqqətin artırılmasını aktual məsələ kimi gündəmə gətirir. Sənaye potensialının gücləndirilməsi dedikdə, söhbət keçmiş ittifaq dövründə olduğu kimi, Dövlət nəzarətindəki strateji müəssisələrin yaradılmasından getmir.Dövlətin bu sahədəki siyasəti sahibkarlığa kömək tədbirlərinin davamıdır və prespektivli, iqtisadi baxımdan səmərəli sənaye kompleksini formalaşdırmaqdır.




Dövlət Başçısı Cənab İlham Əliyev hesab edir ki, hökümət öz tərəfindən bu cür müəssisələrin normal fəaliyyətinə, habelə xarici sərmayədarlarla birgə qlobal layihələr həyata keçirilməsinə etibarlı təminat mexanizmləri yarada bilər. Qarşıdakı illərdə beynəlxalq miqyasda qlobal rəqabətin güclənməsi ölkəmizin dinamik inkişafının davam etdirilməsi mövcud təbii-iqtisadi resurslara söykənən yüksək əlavə dəyər yaradan sənaye sahələrinin inkişafının daha da sürətləndirilməsini zəruri edir. Onu da qeyd etmək istərdim ki, Prezident Cənab İlham Əliyev nəinki özəl sektorun inkişafına hərtərəfli şərait yaradır, həmçinin iqtisadiyyatın bəzi sahələrinin ilk mərhələdə Dövlət sektoru kimi inkişafını da dəstəkləyir. Məhs bunun nəticəsində Azərbaycanın müdafiə sənayesi inkişaf edir.



Azərbaycanın müdafiə sənayesinin müəssisələrində istehsal olunan pilotsuz uçuş aparatları və digər hərbi texnika Vətən müharibəsində erməni işğalçıları üzərində  qazanılan qalibiyyətdə böyük rol oynamışlar.

 


Azad olunmuş rayonlarımızda kəndlərin, qəsəbələrin, şəhərlərin bərpası, infrastrukturun yaradılması Prezident Cənab İlham Əliyevin əsas məqsədlərindəndir. Bu rayonlarda ağıllı şəhərlərin (Smart Sity) və ağıllı kəndlərin (Smart Village) tikilməsi, kənd təsərrüfatı sektorunun inkişafı, öz dədə-baba yurdlarına qayıdan vətəndaşlarımızın  nəinki müasir yaşayış yerləri ilə təmin olunmasına şərait yaradacaq, həmçinin iş yerlərinin açılması da təmin olunacaqdır. Bununla yanaşı öz yurdlarına köçmüş vətəndaşlarımız fermer təsərrüfatları qurmaqla da ölkəmizin iqtisadiyyatına qatqıda bulunacaqlar. Kənd təsərrüfatı məhsulları ixracının artırılması, istehsalçı və istehlakçı maraqlarının qorunması, ərzaq bazasının səmərəli fəaliyyətinin təmin edilməsi məqsədi ilə əlavə tədbirlər müəyyənləşdirilmişdir. Bu sahədə beynəlxalq təcrübə, xarici ölkələrin iri fermer təsərrüfatları ilə qarşılıqlı əməkdaşlığa və qabaqcıl təcrübəyə istinad olunacaq. Aqrar-sənaye kompleksinin inkişaf strategiyasının həyata keçirilməsi üçün Dövlət dəstəyi tədbirləri beynəlxalq təcrübəyə uyğun həyata keçiriləcək. Bu məqsədlə əlavə tədbirlər həyata keçirilir, kənd təsərrüfatının sığortalanması mexanizmi təkmilləşdirilir, özəl bankların və kredit təşkilatlarının bu sektora investisiya qoyuluşları təşviq olunur. Layihə çərçivəsində aqrar sahəyə maliyyədəstəyi və özəl bankların bu istiqamətdə kapitallaşmanı gücləndirmək, yeni kredit və bank tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulur.Ölkə Prezidenti hər zaman kənd təsərrüfatını Ölkəmizin iqtisadiyyatındakı əhəmiyyətini dəyərləndirərək bu sahənin artan inkişafının təmin edilməsinə xüsusi fikir verir.

 Prezident Cənab İlham Əliyev kənd təsərrüfatı sahəsini ölkə iqtisadiyyatının qeyri-neft sektorunun prioritet sahəsi olduğunu göstərib.  Ölkəmizdə aparılan aqrar siyasətin əsas məqsədi əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, aqrar sənayenin inkişafı və ixracatın stimullaşdırılmasıdır. Bütövlükdə bütün özəl sektorda olduğu kimi aqrar sahədə də tətbiq edilən tədbirlər kənd təsərrüfatında sahibkarlıq üçün əlverişli fəaliyyət şəraitinin yaradılmasına, fermerlərin qazancının artırılmasına və rəqabətə davamlı kənd təsərrüfatı məhsullarının istehsalına yönəlib.

 
Faiq  Xalıqov

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin

metodiki kabinetini müdiri

 

02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
31 Avqust 2022 Neftimizin qiyməti 102 dolları ÖTDÜ
26 Avqust 2022 “Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başladı - Video
24 Avqust 2022 Nazirlər Kabineti "Aİ-92" benzinilə bağlı qərarı dəyişdi
11 Avqust 2022 Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov