Xəbər lenti




Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və banklar arasında görüş keçirilib.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə baş tutan görüşdə "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin "Qeyri-işlək aktivlərin idarə edilməsi üzrə hüquqi mexanizmlərin yaradılması" sərlövhəli tədbirin icrası üzrə Dünya Bankı ilə birlikdə hazırlanmış "Bakı yanaşması"nın təqdimatı müzakirə edilib.

"Bakı yanaşması" əvvəlcədən müəyyən edilmiş parametrlər üzrə bankların balansında olan qeyri-işlək aktivlərin restrukturizasiyası və bu çərçivədə ABA, MBNP və prosesdə iştirak etmək niyyətində olan banklar arasında kollektiv sazişin bağlanılmasını nəzərdə tutur.

Bu yanaşmanın əsas məqsədi hüquqi şəxslər, banklar və aidiyyəti şəxslər arasında razılaşma əldə edilməklə itkilərin azaldılması və hələ də sağlamlaşma imkanı olan bizneslərin lüzumsuz iflasının qarşısının alınmasıdır. Konsepsiyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada banklar balansında olan qeyri-işlək aktivlərin həlli ilə bağlı fərdi deyil, kollektiv maraqlar üzrə əməkdaşlıq edir. Borcların restrukturizasiyası ilə bağlı qərarlar yekdilliklə qəbul edilir.

Qeyri-işlək aktivlərin restrukturizasiyası ilə bağlı "Bakı yanaşması" banklar tərəfindən maraqla qarşılanıb və bu çərçivədə kollektiv sazişin bağlanması məqsədilə danışıqlara başlanılması və bankların və Palatanın nümayəndələrindən ibarət tərkibdə işçi qrupunun yaradılması qərara alınıb.




02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
31 Avqust 2022 Neftimizin qiyməti 102 dolları ÖTDÜ
26 Avqust 2022 “Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başladı - Video
24 Avqust 2022 Nazirlər Kabineti "Aİ-92" benzinilə bağlı qərarı dəyişdi
11 Avqust 2022 Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov