Dünyanın qiymətli metalların satışı üzrə ən böyük onlayn mağazası olan "Apmex" ödəniş vasitəsi kimi bitkoini qəbul etməyə başladığını açıqlayıb.
"Report"un "Vesifinance.ru"ya istinadən verdiyi xəbərə görə, bitkoinin qiymətinin artması onun gündəlik həyatda istifadə edilməsinə səbəb olub.
Qeyd edək ki, getdikcə dünyada bitkoin və blokçeyn texnologiyaları geniş yayılır. Avstraliyanın ən iri bankı - "Westpac" blokçeyn vasitəsilə istiqraz emissiyasına hazırlaşır. Həmçinin Rusiyada "Raiffeisen Bank" və "MeqaFon"un rubl istiqrazları yerləşdirdiyi bildirilir.
Qeyd edək ki, bir çox əməliyyatın paylanan reyestr sistemində həyata keçirilməsi asanlaşıb və maliyyə bazarları bundan istifadə etməyə başlayıb.