Xəbər lenti



Aprelin 12-si rusiyayönümlü mövqeyi ilə tanınan ukraynalı siyasətçi Viktor Medvedçuk Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial şəbəkə hesabında Medvedçukun əlləri qandallı fotolarını paylaşıb.

“Qafqazinfo”nun məlumatına görə, Medvedçukun saxlanılması dünya mediasında müzakirə olunan mövzulardan birinə çevrilib.

 

Bəs Viktor Medvedçuk kimdir?

İlk olaraq qeyd etmək lazımdır ki, 67 yaşlı Medvedçukun Rusiya Prezidenti Vladimir Putinlə yaxın münasibətlərə sahib olduğu məlumdur. “Müxalif platforma - Həyat naminə” partiyasının siyasi şurasının sədri olan Medvedçuk 2000-ci illərin əvvəlində Putinlə necə tanış olduğuna aydınlıq gətirib. Onun sözlərinə görə, rəsmi tədbirlərin birində Putin və Medvedçuku bir-birinə təqdim ediblər.

2004-cü ildə Putin ukraynalı siyasətçinin kiçik qızı Dariyanın xaç atası olub. Siyasətçi qeyd edib ki, buna Medvedçukun həyat yoldaşı Oksana Marçenkonun səyləri nəticəsində nail olmaq mümkün olub. Belə ki, Marçenko həyat yoldaşından Putinə bu məsələ ilə bağlı müraciət etməyi istəyib.

Medvedçuk 2002-2005-ci illərdə Ukrayna Prezident Administrasiyasının rəhbəri, 2000-2001-ci illərdə Ali Radanın birinci vitse-spikeri, 1998-2000-ci illərdə Ali Radanın vitse-spikeri olaraq çalışıb. O, həmçinin Ukrayna Ali Radasının II, III, IV, IX çağırış deputatı olub.

2018-ci ildə “Müxalif platforma - Həyat naminə” partiyasına üzv olub və elə həmin ilin noyabr ayında partiyanın siyasi şurasına sədrlik etməyə başlayıb.

Fevralın 19-su Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası Medvedçuk və onun həyat yoldaşı Oksana Marçenkonun əmlakına sanksiya tətbiq edib.

Bu zaman qeyd olunub ki, sanksiyalar “Luqansk Xalq Respublikası”ndan Rusiyaya kömür göndərilməsinə dair araşdırma ilə bağlıdır.

Qeyd edək ki, Medvedçuk ötən ilin may ayından dövlətə xəyanət ittihamı ilə ev dustaqlığında olub. 2022-ci ilin fevralın 27-də Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko siyasətçinin qaçdığını elan edib.

Həmçinin Ukraynada Medvedçuka qarşı dövlətə xəyanət və müharibə qanunlarını pozma maddələri ilə cinayət işi başlanılıb.

 

 






 
22 Noyabr 2024 Türkiyə COP29-da təqribən 1800 nəfərlə konfransda iştirak etdi
14 Noyabr 2024 Aygün Bəylərin qəbirüstü abidəsi ucaldıldı
28 Mart 2023 İmsak və iftarda nə qədər su içmək lazımdır?
15 Fevral 2023 Narkotik maddələr daxili orqanlara dağıdıcı təsir göstərir
10 Fevral 2023 Dünya məşhurlarından Türkiyəyə dəstək davam edir
06 Yanvar 2023 Dünyanın ən xoşbəxt ölkəsinin sakinləri ...
27 Dekabr 2022 2022-ci ilin ən dağıdıcı təbii fəlakətləri - FOTO
14 Dekabr 2022 Azərbaycan əhalisinin sayı AÇIQLANDI
21 Noyabr 2022 Amerikalı tədqiqatçılar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə gediblər
05 Noyabr 2022 Bu populyar qidalar gözləri kor edə bilər
03 Noyabr 2022 Tətil günlərində harada və neçəyə dincəlmək olar? - QİYMƏTLƏR - VİDEO
01 Noyabr 2022 Uzun ömürlülüyün sirri bu iki yağdadır...
01 Noyabr 2022 Noyabrda 10 gün iş olmayacaq
31 Avqust 2022 Zəngilan aeroportundan ilk test uçuşu - Video
16 Avqust 2022 Alimlər piy əridən 5 məhsulun adını çəkdilər
11 Avqust 2022 Röya şəhidin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı oxudu
05 Avqust 2022 Dünya əhalisinə xəbərdarlıq – Avqustun 11-dən 12-nə keçən gecə…
18 Fevral 2022 Manaf Ağayev həbs edildi: Yoxlamalar başlandı
10 Fevral 2022 Axşam yeməyindən imtina etsəniz nə baş verər?
27 Yanvar 2022 Rusiyanın əmlak kralları - Siyahıya Azərbaycandan olan milyarderlər başçılıq edir
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov